Dünya futbolu
Messi “Mançester Siti”yə qarşı oynayacaq?
Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının qrup mərhələsində İngiltərə “Mançester Siti”sinə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis, həmyerlisi Lionel Messinin bu oyunda iştirak edib-etməyəcəyiylə bağlı bunları deyib:
“Dünyanın ən yaxşı oyunçusu haqda danışırıq. Başa düşməliyik ki, o, komandaya yeni gəlib və uyğunlaşmalıdır. O, ailəmizin bir üzvüdür. Messiyə özünü rahat hiss etməsi üçün vaxt vermək lazımdır. Hər şey onun üçün yenidir.
Messi “Mançester Siti” ilə oyunda olacaq? Bunu heyəti açıqlayanda biləcəksiz”.
Bu gün keçiriləcək PSJ – “Mançester Siti” matçına saat 23:00-da start veriləcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi