Dünya futbolu
Messi Ronaldonun rekordunu təkrarladı
Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 3-cü turunda Almaniya “Leyptsiq”i ilə oyun PSJ-nin (Fransa) hücumçusu Lionel Messi üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, argentinalı futbolçu 3:2 hesabıyla qələbə qazandıqları matçda dubla imza atıb və daha bir rekordda Kristiano Ronaldoya çatıb.
Belə ki, Bundesliqa təmsilçisi Messinin ÇL-də qol vurduğu 37-ci komanda olub. O, artıq Ronaldo ilə rekordu bölüşür.
Ən nüfuzlu klub turnirində ikinci dəfə Panenka tipli penaltidən fərqlənən Messi peşəkar karyerasında vurduğu ümumi qolların sayını isə 755-ə çatdırıb. Əfsanəvi braziliyalı Romarionu (753) geridə qoyan 34 yaşlı oyunçu bütün dövrlərin ən məhsuldar 3-cü oyunçusu ünvanını ələ keçirib. O, daha 10 qol vuracağı təqdirdə digər braziliyalı Peleyə (765) çatacaq.
Bu baxımdan rekord isə yenə Kristiano Ronaldoya məxsusdur – 794 qol.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu