Dünya futbolu
Messi yox, PSJ-nin bir hissəsi satılacaq
PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Lionel Messiylə bağlı danışıb. O, argentinalı ulduzluqla vidalaşmağa hazırlaşmadıqlarını bildirib:
“Messinin bizimlə müqaviləsi var. O, özü də Parisdə xoşbəxtdi. Qışda heç yerə getməyəcəyi dəqiqdi, yayda isə yenidən danışacağıq”.
Əvəzində PSJ-nin səhmlərinin bir hissələri satıla bilər: “Biz bu kluba 70 milyon avro sərmayə qoymuşuq. Amma indi PSJ-nin dəyəri 4 milyard avrodur. Klubu bütöv satmayacağıq. Kiçik bir hissənin satışı niyə olmasın? Fərqli təkliflər haqqında düşünürük”.
Daha əvvəl “L`Equipe” ABŞ-dan olan bir iş adamının PSJ-nin 15 faizini almağa hazırlaşdığı bildirilmişdi.
- Premyer-liqa2024-01-29 09:59
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Premyer-liqa2024-01-28 19:23
“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə
- Ölkə futbolu2024-01-29 08:00
“Qarabağ”ın izləyicisi yenə dəyişdi, xal fərqi 15-ə çatdı
- Milli komanda2024-01-29 10:40
Vaqif Cavadov milli komandaya təyinat alacaq