Ölkə futbolu
Meza Kolli qayıtdı, 3 futbolçu hazırlıqdan kənarda qaldı
“Neftçi” PFK təlim-məşq toplanışına start verib.
Futbolinfo.az xəbər verir ki, Türkiyənin Antalya şəhərinin Belek bölgəsindəki “Gloria Verde Resort” oteldə məskunlaşan komanda bu gün iki məşqə çıxıb.
Səhər və axşam hazırlıqlarında əsasən fiziki və toplu çalışmalar icra olunub. 3 futbolçu – yeni əməliyyat olunmuş Fərid Yusifli və zədəli Voyislav Stankoviçlə Eddi İsrafilov toplanışa qatılmayıblar. Əvəzində, zədə səbəbindən uzun müddətdir “Neftçi”dən uzaq qalan Sezar Meza Kolli “ağ-qaralar”ın hazırlıq prosesinə qoşulub.
Qeyd edək ki, komanda qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”
- Ölkə futbolu2024-01-16 10:10
“Araz-Naxçıvan”ın transfer planı: Nqandonun əvəzinə Sadıxov