Ölkə futbolu
Mikels də “Qarabağ”da

“Qarabağ” “Qalatasaray”la oyunun hazırlıqlarına sabahdan etibarən başlayacaq. Bakı Olimpiya Stadionunda baş tutacaq xeyriyyə matçında komandanın millilərdən kənar qalan futbolçuları iştirak edəcək.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun başqa klublardan heyətə çağırdığı oyunçular da hazırlığa qoşulacaq. Heyət çatışmazlığı üzündən ağdamlılar bir neçə kənar futbolçu ilə güclənmək niyyətindədir.
Hələlik onlardan birinin adı dəqiqdir. “Zirə”nin sol cinah müdafiəçisi Donald Gerye sabah sabiq klubunun düşərgəsinə yollanacaq.
Əldə etdiyimiz digər məlumata görə, “Sabah”ın yarımmüdafiəçisi Coy-Lens Mikels də dəvət alanlar arasındadır. O da “Qarabağ”ın düşərgəsində olmalıdır.

- Ölkə futbolu2023-06-08 15:17
“Qarabağ”da daha bir vida – Aftandil Hacıyevlə əvəzlənəcək
- Müsahibə2023-06-08 09:17
“Qəbələ”nin rəhbərliyindən narazıdır: “Mənə dəyər vermirlərsə, getməliyəm”
- Digər idman növləri2023-06-09 09:44
AGİN-dən biabırçı təşkilatçılıq
- Dünya futbolu2023-06-08 10:11
Mahir Emreli “Konyaspor”la vidalaşdı