Dünya futbolu
“Milan” geri çəkildi, iki iddiaçı qaldı
“Alkmaar”ın gənc futbolçusu Miloş Kerkez yayda Niderlandı tərk edəcək. 19 yaşlı müdafiəçi ilə iki klub maraqlanır.
Futbolinfo.az “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, “Benfika” və Dortmund “Borussiya”sı futbolçu üçün mübarizəyə girişib. “Alkmaar”ın 15 milyon avroluq tələbi üzündən “Milan” geri addım atsa da, digərləri mövsüm bitən kimi rəsmi təklif göndərmək niyyətindədir.
“Alkmaar” macar futbolçunu nir il əvvəl məhz “Milan” akademiyasından heyətinə qatıb. Onun Niderland klubu ilə 2026-cı ilin iyuluna kimi müqaviləsi var.