Dünya futbolu
“Milan” Zaniolonu ÇL üçün istəyir
“Milan” Nikolo Zaniolonu transfer etmək niyyətindən əl çəkmir. Qışda İtaliya millisinin üzvü üçün “Roma”nın qapısını döyən, lakin arzusuna çatmayan “rossonyerlər” yayda daha bir cəhd edəcək.
Futbolinfo.az xəbər verir ki, İtaliya paytaxtında qalmaq istəməyən və israrla getmək istədiyini deyən yarımmüdafiəçi yekunda “Qalatasaray”a qismət oldu. İndi isə o, “Milan”a getməyin əleyhinə deyil. Lakin İstanbul klubu ilə müqaviləsi olan 23 yaşlı Zanioloya görə sərbəstqalma məbləğini – 35 milyon avronu ödəmək lazım gələcək.
Türkiyə nəhəngi ilə 2027-ci ilin yayınadək müqaviləsi olan Zaniolo 15 milyon avroya transfer olunub. “Milan” Çempionlar Liqasına vəsiqə qazansa, onun keçidini həll edəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…