Dünya futbolu
“Milan”ın baş məşqçisinin çempionluq medalı oğurlandı
İtaliya A Seriyasının qalibi olan “Milan”ın baş məşqçisi Stefano Piolinin qızıl medalı oğurlanıb.
Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hadisə komandanın sonuncu – 38-ci turda “Sassuolo”ya 3:0 hesabı ilə qalib gəldiyi səfər oyunundan sonra baş verib.
57 yaşlı mütəxəssis bildirib ki, medal çempionluğu bayram edərkən stadionda oğurlanıb:
“Kimsə onu boynumdan qopardı. Bunu mənə qaytarsalar, minnətdar olaram, çünki baş məşqçi kimi qazandığım ilk qızıl medaldır”.
“Milan” 11 ildən sonra ölkə çempionu olub.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi