Milli komanda
Milli komandaya çevrilən yığma
Millimizin Avstriyadakı məğlubiyyəti hamını məyus etdiyindən komanda ətrafında baş verən bir olay diqqətdən yayındı. Bəlkə də yığmamızla bağlı gələcəyə ümid verən yeganə məqam elə bu idi.
Futbolçuların formalarında soyadları Azərbaycan əlifbası ilə yazılmışdı. Dadashov Dadaşova, Makhmudov Mahmudova, Mustafazade Mustafazadəyə, Sheydaev Şeydayevə, Guseynov Hüseynova “çevrilmişdi”.
İllərdi mətbuatın tənqidlərinə baxmayaraq, dilimizə hörmətsizlik edən, bunu guya beynəlxalq standartlara bağlayan AFFA rəsmiləri yola gəldi. Deməli, mümkün imiş; olarmış; icazə varmış və… bəhanəymiş. Sadəcə, Azərbaycana nifrət edən məmurlar (oxu: Elxan Məmmədov) futbol təsərrüfatından təmizləndikcə YIĞMA komanda MİLLİ komandaya çevrilir.
Ümid edək ki, bu proses milliləşən faydasız əcnəbilərin təmizlənməsinə, legioner məşqçilərdən imtinaya qədər davam edəcək.
- Ölkə futbolu2024-01-31 09:52
Veşoviç “Braqa”ilə cavab matçında oynaya biləcək
- Ölkə futbolu2024-01-31 10:27
“Səbail”ə yardım etdi, mövsümün sonunadək cəzalandı
- Premyer-liqa2024-02-01 20:39
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Milli komanda2024-02-01 09:07
De Byazi: “Azərbaycan millisində hələ də maraqlı elementlər var”