Bizi izləyin

Müsahibə

“Milli üçün futbolçu yetişdirmək kubok qazanmaqdan daha önəmlidir”

blank
blank

“Qarabağ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə texniki direktoru Tacəddin Doğan klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Bugünkü seçimlər barədə fikirləriniz necədir?
– Ən kiçik yaş qrupları üçün seçim elan etdik və 50-yə yaxın uşağa baxdıq. Akademiya məşqçiləri ilə birlikdə izlədik və bir neçə uşağı bəyəndik. Amma bu o demək deyil ki, həmin uşaqları akademiyamıza götürmüşük. Həmin uşaqları yenidən sınayacağıq. Akademiyamızda futbolçularla eyni səviyyədə olacaqlarsa, onları götürəcəyik. Yeni yaradacağımız U-8 komandasına da bir neçə uşaq dəvət edəcəyik. Bundan əlavə U-12 üçün də bir neçə uşağı bəyəndik.

– Seçimlərin bölgələrdə aparılması gözlənilir?
– Bütün yaş qruplarına seçimlər aparmışıq. Bundan öncəki seçimlərimizə 400-dən çox uşaq qatıldı. Bu mövsümdən yenidən bölgələrə üz tutacağıq. Azərbaycanda istedadlı uşaqlar var və onları tapıb üzə çıxarmaq lazımdır. Premyer Liqa və divizionda komandası olmayan bölgələr bizim üçün ilk seçimdir. Ən yaxın zamanda Ağcabədiyə getməyi planlaşdırırıq. Bundan əlavə, tezliklə Şəki və Qaxda da seçimlər təşkil etməyi düşünürük.

– “Qarabağ” Futbol Akademiyasındakı fəaliyyətinizə nəzər salsaq, burada olduğunuz müddətdə nə dəyişib?
– İlk gündən qarşımıza qoyulan əsas hədəf komandaların və uşaqların inkişaf etməsi olub. Milli komandalara futbolçu yetişdirmək və oyunçuların inkişafı bizim üçün kubok qazanmaqdan daha önəmlidir. Ötən mövsüm 1 komandamız öz liqasını 1-ci tamamladı. Bundan əlavə, iki komandamız 2-ci və 3-cü yerləri tutdu. Ancaq daha vacib məqam budur ki, milli komandalara verdiyimiz futbolçuların sayında artım var. İldən-ilə bu sayda artım müşahidə olunur. Futbol olan yerdə tənqid qaçılmazdır. Yığma komandalar və AFFA-nın elit məşqlərinə 50 futbolçu göndərmişik. 50 futbolçumuz yığmanın məşqçilərinin diqqətindədirsə, deməli, düz yoldayıq. Bizim də məqsədimiz milli komandalara daha çox futbolçu verməkdir.

– Azərbaycanda uşaq futbolunun inkişafına mane olan amillər hansılardır?
– Azərbaycanda fərdi idman növləri – cüdo, güləş, boks və.s daha yaxşı inkişaf edib. Komanda idman növlərində isə belə deyil. Bunları aradan qaldırmaq üçün uşaqların yaxşı məşq keçməsi üçün şərait lazımdır. Uşaqlara daha yaxşı məşqlər keçirilməlidir. Valideynlərin uşaqların üzərində basqısı olmamalıdır. 10-12 yaşlı oyunçu meydanda səhv edən zaman məşqçisini dinləmir, tribunada yer alan valideyninə baxır. Düzdür, valideynlərin də uşaqları ilə maraqlanması haqqlarıdır. Ancaq biz məşq meydançalarımıza kameralar quraşdırdıq və valideynlərə izləməsi üçün şərait yaratdıq. Meydanın kənarından valideynlərin məşqi izləməməsi üçün qərar qəbul etdik. Bu qərar uşaqların daha yaxşı inkişaf etməsi üçündür. Liqalarımızın oyunlarını mütəmadi izləyirik. Yarışların keyfiyyəti də qalxmalıdır. Bütün problemlər bir-birinə bağlıdır. Ölkə xaricinə futbolçularımızı yollamalıyıq. Avropa səviyyəli klub olduğumuz üçün biz əsas komandaya o keyfiyyətdə futbolçu hazırlamalıyıq.

– Akademiyamızın komandalarının ölkə xaricindəki turnirlərə yollanması gözlənilir?
– Bu məsələni klub rəhbərliyi ilə müzakirə edirik. Son olaraq Türkiyənin “Altınordu” klubuna müraciət olundu. Ancaq onların təşkil etdiyi turnirdə iştirakçılar bəllidir, hansısa klub imtina etsə, bizim ora getməyimiz mümkündür. Bütün yaş qrupları ilə maraqlanıram, liqalarımızı izləyirəm. Əsas komanda Avropadakı çıxışı ilə göz önündədir və diqqət mərkəzindədir. Biz də əsas komandaya Avropa standartlarına uyğun futbolçular yetişdirməliyik. Daha keyfiyyətli futbolçuların yetişməsi üçün liqaların səviyyəsi də qalxmalıdır. Liqaların keyfiyyəti daha da artsa, uşaqları ölkə xaricindəki turnirlərə yollasaq, nəticələr də olacaq. Uşaqlara bu qapıları açmalıyıq və turnirlərə yollamalıyıq. Rəhbərliklə danışmışam və onlar da bu fikri dəstəkləyirlər. Sonda onu xüsusi ilə vurğulamaq istəyirəm ki, 4 ildir buradayam və əminliklə deyirəm ki, Azərbaycanda çoxlu istedadlı uşaqlar var. Futbolsevərlər tezliklə yeni adlar eşidəcəklər.

Reklam

Reklam


blank
Dünya futbolu2022-12-02 13:46

“Latsio”da İmmobile sevinci

blank
Dünya futbolu2022-12-02 13:32

Musialanın təsəlli toxunuşları

blank
Digər idman növləri2022-12-02 13:03

“Vüqar Həşimov Memorialı-2022”-nin daha iki iştirakçısı açıqlandı

blank
Ölkə futbolu2022-12-02 12:49

“Sabah” özünə baza tikməyə hazırlaşır

blank
Dünya futbolu2022-12-02 12:38

Almaniya prezidentindən milli komandaya dəstək

blank
Ölkə futbolu2022-12-02 12:09

Yüksək Liqada X turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2022-12-02 11:44

Dünya çempionu olduqdan sonra cəmi 3 qələbə

blank
Milli komanda2022-12-02 11:20

“Enrike bu turniri qazana bilsə, çox sevinərəm” – De Byazi

blank
Dünya futbolu2022-12-02 11:05

Bahalı mundialın maraqlı yenilikləri: texnologiya damğa vurur

blank
Dünya futbolu2022-12-02 10:50

DÇ-2022: FİFA Seneqal Futbol Federasiyasını cərimələdi

blank
Dünya futbolu2022-12-02 10:34

Yaponiyadan antirekord, Rodridən rekord

blank
Dünya futbolu2022-12-02 10:08

Müller Almaniya millisindəki karyerasını başa vurdu

blank
Dünya futbolu2022-12-02 09:56

DÇ-2022-də qrup mərhələsinə yekun vurulur – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-02 09:42

Noyer rekordçu, Morata şərik oldu

blank
Premyer-liqa2022-12-02 09:30

“Neftçi” “Qarabağ”a qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-02 09:28

Belçika yalnız DÇ-30-a görə şükür edir

blank
Dünya futbolu2022-12-02 09:14

Almaniya qrupda qalmağa adət edir

blank
Ölkə futbolu2022-12-02 09:00

“Səbail”, Kerjakova nə gərək var?

blank
Digər idman növləri2022-12-02 01:44

“Murov” Niderland klubuna ilk oyunda məğlub oldu

blank
Premyer-liqa2022-12-02 01:15

“Neftçi” – “Qarabağ” matçının hakimləri bəlli oldu

blank
Ölkə futbolu2022-12-02 00:56

DÇ-2022: Almaniya dayandı, Yaponiya və İspaniya 1/8 finala çıxdı

blank
Ölkə futbolu2022-12-01 23:58

“Neftçi” “Qarabağ”la oyuna hazırlığı başa vurdu

blank
Ölkə futbolu2022-12-01 23:05

“Neftçi”də yeni rəhbərlik: SOCAR prezidenti, təhsil naziri və başqaları var

blank
I Divizion2022-12-01 22:47

“Araz Naxçıvan” Premyer Liqaya gəlməyəcək: sponsorlar geri çəkildi

blank
Dünya futbolu2022-12-01 22:35

Messi yeni müqaviləyə razılaşdı

blank
Dünya futbolu2022-12-01 22:20

“Hətta dünya çempionluğu da qərarıma təsir etməyəcəkdi”

blank
Ölkə futbolu2022-12-01 22:04

“Neftçi”də hesabat günü

blank
Dünya futbolu2022-12-01 21:53

Belçika millisi baş məşqçisiz qaldı

blank
Dünya futbolu2022-12-01 21:39

UEFA “Yuventus” haqda araşdırmaya başladı

blank
Dünya futbolu2022-12-01 21:28

Afrikalılardan yeni rekordlar

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-11-06 18:17

“Səbail” “Sabah”a belə məğlub oldu – VİDEO

Facebook

Gündəm