Dünya futbolu
Milli üzvü mövsümün sonunadək sıradan çıxdı
Fransanın “Olimpik” (Marsel) klubunun yarımmüdafiəçisi Amin Arit uzun müddətə sıradan çıxıb.
Futbolinfo.az xəbər verir ki, o, Fransa çempionatının 15-ci turunda qarşılaşdıqları “Monako” ilə oyunda zədələnib.
Klubun prezidenti Pablo Lonqoriya futbolçunun DÇ-2022-dən sonra oynayıb-oynamayacağına cavab verməkdə çətinlik çəkib:
“Biz əlavə tibbi testlərin nəticələrini gözləyəcəyik. Hazırki vəziyyət Ariti mövsümün sonuna qədər itirdiyimizi deyir”.
Aksel Disasi ilə mübarizədən sonra zədələnən Mərakeş millisinin üzvü bu üzdən DÇ-2022-də də iştirak edə bilməyəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”