Milli komanda
Millimiz ilk oyunda qələbə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında ilk oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Türkiyə yığması ilə qarşılaşma 5:5 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən millimiz 3:1 hesablı qələbə qazanıb.
Sabir Allahquliyev və Amid Nəzərovun dubl etdiyi oyunda millimizin digər qolunu Orxan Məmmədov vurub.
Komandamız turnirdə növbəti oyununu sabah Rumıniya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-da başlayacaq.

- Premyer-liqa2023-09-18 13:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİB
- Müsahibə2023-09-18 10:48
“Neftçi”nin legioneri ekspert oldu: “Rəhman Hacıyev istedadını meydanda göstərə bilmirdi”
- Premyer-liqa2023-09-17 21:23
“Qarabağ” “Sabah”ı məğlub yola saldı
- Ölkə futbolu2023-09-18 08:00
Sabaha ümid verməyən “Sabah”