Milli komanda
Millimiz Türkiyə yığmasına ikinci oyunda da uduzdu

Bakıda təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Su İdman Sarayının çimərlik meydançasında Türkiyə yığmasına qarşı keçirilmiş oyunun əsas vaxtı 4:4 hesabı ilə nəticələnib.
Penalti seriyasını daha dəqiq yerinə yetirən Türkiyə millisi yekunda 5:4 hesablı qələbə qazanıb.
Ramil Əliyevin dubl etdiyi oyunda millimizin digər qollarını Comərd Baxşəliyev və İsa Zeynallı vurub.
Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk oyun 6:5 hesabı ilə Türkiyə millisinin xeyrinə nəticələnmişdi.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”