Milli komanda
Millimiz Maltaya məğlub oldu
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Azərbacan yığması Malta ilə qarşılaşıb. Şimali İrlandiyada keçirilən oyunda hesabı 1-ci dəqiqədə fərqlənən millimiz açıb. Lakin qalan dəqiqələrdə iki qol buraxan komandamız meydanı xalsız tərk ediblər.
Azərbaycan millisi ilk oyununda Farer adalarına 2:0 hesabı ilə qalib gəlmişdi. Komandamız sonuncu matçını aprelin 12-də meydan sahibi Şimali İrlandiyaya qarşı keçirəcək.
AÇ-nin seçmə mərhələsi
9 aprel
Azərbaycan – Malta 1:2
Qol: Pərvin Səfərəliyeva, 1 – Keyli Villis, 62. İllena Faruciya, 69.
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mkmaster (Şimali İrlandiya)