Milli komanda
Millimiz Sarayevoda son dəqiqə qolu ilə uduzdu
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, komandamız Sarayevo şəhərindəki “Qrbaviça” stadionunda Bosniya və Herseqovina millisi ilə qarşılaşıb.
İngiltərədən olan hakimlər briqadası idarə etdiyi oyunun taleyini bir qol həll edib. Azərbaycan futzalçıları əlavə vaxtda buraxdıqları qol nəticəsində meydanı xalsız tərk ediblər.
DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
7 aprel
Bosniya və Herseqovina – Azərbaycan 1:0
Qol: Milena Nikoliç, 90+4.
Hakimlər: Körsti Dovl, Melissa Börgin, Sofie Denninqton, Lisa Ben (İngiltərə).
Sarayevo. “Qrbaviça” stadionu.
Xal durumu: Danimarka – 18, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 7, Malta – 4, Azərbaycan – 3.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”