Dünya futbolu
Millimizin futbolçusu Almaniyada əvəzlənməsinə sərt etiraz etdi
Almaniyanın “Ersgebirge” klubunda çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov qalmaqala səbəb olub.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu ikinci Bundesliqanın 33-cü turu çərçivəsində “Verder”ə 0:3 hesabı ilə uduzduqları oyunda əvəzlənməsinə sərt etiraz edib.
73-cü dəqiqədə meydandan çıxan Nazarov söyüş söyməklə yanaşı, narazılığını qışqıraraq bildirib. O, ehtiyat oyunçular skamyasına zərbə endirib və su qutusunu təpikləyib.
Futbolçu baş verənlərlə bağlı Almaniya mətbuatına açıqlamasında bunları söyləyib: “Bir dəqiqəlik əsəbiləşdim. Oynamağa davam etmək və komanda yoldaşlarıma kömək etmək istəyirdim. Hesab 0:1 olanda hər zaman nə isə etmək mümkündür. Ancaq baş məşqçi Pavel Doçev hər şeyi mənə izah etdi və artıq hər şey yaxşıdır”.
23 xalla 17-ci pillədə qərarlaşan “Ersgebirge”nin aşağı liqaya düşəcəyi dəqiqləşib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi