Dünya futbolu
Millimizin hücumçusundan ABŞ-da növbəti qol
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Dadaşovun komandası səfərdə “Reno”yla qarşılaşıb. Görüş “Finiks Rayzinq”in 1:2 hesablı məğlubiyyəti ilə bitib.
Rüfət də bu matçın iştirakçısı olub. Qarşılaşmanın 64-cü dəqiqəsində meydana daxil olan Dadaşov, 77-ci dəqiqə komandasının yeganə qoluna imza atıb.
Rüfət Dadaşov ABŞ-ın birinci liqasında 7 qolla bombardirlər siyahısında 3-cü sıradadır. 20 xal toplayan “Finiks Rayzinq” isə B qrupunun birincisidir.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmanın Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunları üçün Rüfətə dəvət göndərməyib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq