Milli komanda
Millimizin oyunlarının yeni tarixi açıqlandı
19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin AÇ-2021-in ilkin seçmə mərhələsindəki oyunlarının yeni tarixi açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, 7-ci qrupda yer alan yığma ilk görüşünü noyabrın 25-də İsveçə qarşı keçirəcək.
Vüqar Əsgərlinin başçılıq etdiyi komanda ikinci sınağında Belçika ilə üz-üzə gələcək. Həmin qarşılaşma noyabrın 28-də olacaq.
Azərbaycan millisi qrupdakı sonuncu matçında isə Kiprlə oynayacaq. Görüş dekabrın 1-də keçiriləcək.
Qeyd edək ki, 7-ci qrupun oyunları Belçikada olacaq. UEFA daha əvvəl matçların oktyabrın 19-dan 27-dək təşkil ediləcəyini açıqlasa da, daha sonra koronavirus pandemiyası səbəbindən oyunları təxirə salmışdı.
- Müsahibə2024-02-21 12:22
Rahil dolu tribunalardan zövq alır: “Azərbaycandan gəldiyimi deyəndə qəribə baxırdılar”
- Ölkə futbolu2024-02-21 13:38
Qurban Qurbanov: “İlk oyunun hesabı bizi aldatmamalıdır”
- Ölkə futbolu2024-02-21 08:34
Zubir Şotlandiyaya qayıdır?
- Ölkə futbolu2024-02-21 09:42
Rezabalanın “Sumqayıt”a gəlməkdə məqsədi var