Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Superfinalında qarşılaşacağı rəqiblər məlum olub.

Futbolinfo.az xəbər verir ki, 19-25 sentyabr tarixlərində İtaliyanın Alghero şəhərində keçiriləcək oyunlarda millimiz B qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları ilə mübarizə aparacaq.

Oyunların dəqiq tarixləri barədə əlavə məlumat veriləcək.

Shares: