Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının 3-cü qrupunda sonuncu oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, qrup lideri kimi B Liqasına vəsiqəni təmin edən Azərbaycan yığması 6-cı turda Farer adalarını qəbul edəcək. “Dalğa Arena”da gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək.

C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olacaq. Bu görüş də eyni vaxtda başlayacaq.

Xallar: Azərbaycan – 13, Monteneqro – 9, Kipr – 7, Farer adaları – 0.

Shares: