Digər idman növləri
Milyarder qızından inamlı qələbə

22 yaşlı Emma Navarro San Dieqoda keçirilən turnirin ikinci raundunda dünyanın 9-cu raketka ustası Mariya Sakkariyə qalib gəlib – 6:4, 0:6, 7:6 (4). Karyerasında ikinci dəfə TOP 10-dan olan tennisçi ilə qarşılaşan amerikalı idmançı ilk qələbəsini qazanıb.
Bundan əlavə, o, mövsümdə və karyerasında ikinci dəfə WTA turnirinin yarımfinalına yüksəlib. Bu nəticədən sonra Navarro reytinq siyahısında ilk 50 nəfər arasında debüt edəcək.
Xatırladaq ki, Emma milyarder Ben Navarronun qızıdır. Onun atası Çarlston və Sinsinnatidə keçirilən turnirlərin sahibidir.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-02 20:28
Tovuzda məhsuldar heç-heçə