Müsahibə
“Minumum bir xal qazanmalı idik” – Şimkus bəxtsizlikdən şikayətçidir

“Səbail”in futbolçusu Domantas Şimkus “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra futbolinfo.az-ın suallarını cavablandırıb:
– Son matçda “Neftçi”yə qalib gələ bilmədiniz…
– Çox maraqlı matç alındı. Biz yaxşı oynadıq, amma bəxt bizdən yana deyildi. Təəssüf ki, qol şanslarımızdan yararlana bilmədik.
– “Neftçi” qırmızı vərəqə alıb azlıqda qaldı. Necə düşünürsən say üstünlüyü ilə məğlubiyyətin səbəbi təkcə bəxtsizlikdir?
– Düşünürəm ki, elədir. Biz qol vurmaqda bəxtsiz idik. Çünki matçın ikinci hissəsini tamamilə üstün oynadıq. Həqiqətən ən azı bir xala layiq idik. Lakin alınmadı və rəqib 3 xalla qarşılaşmadan ayrıldı.
– Oyundan sonra baş məşqçiniz Aftandil Hacıyev hakimin “Neftçi”yə azlıqda qalmalarını hiss etdirmədiyini söylədi…
– Baş məşqçi bütün həqiqətləri deyib. Hakim haqqında çox danışmaq fikrində deyiləm. Amma minumum 1 xalı haqq edirdik. Düşünürəm ki, məğlub olmamalıydıq.
– Komandanın gələcəyi haqqında fikrin necədir?
– Son oyuna qədər döyüşəcəyik. Çünki bizim xallara ehtiyacımız var. Komandanın prezidenti son oyunda stadionda idi və bu bizə motivasiya verdi.
– Klubla müqavilən nə zaman bitəcək?
– Bu mövsümün sonunda müqaviləm başa çatacaq.
– “Səbail” sənə yeni təklif göndərib?
– Düşünürəm ki, bu barədə düşünmək və danışmaq üçün tezdir. Biz mövsüm sonundan sonra vəziyyətə baxacağıq.
AĞA
