Bizi izləyin

Müsahibə

Mişura “Neftçi” azarkeşidir: “Komandanın bu illər ərzində cəmi bir dəfə çempion olması məni qəzəbləndirir”

blank
blank

2005-2006-cı illərdə Azərbaycanda “Neftçi”nin formasını geyinmiş sloveniyalı sabiq hücumçu Tomislav Mişuranın futbolinfo.az saytına müsahibəsi

– Artıq beş ildir karyeranızı bitirmisiniz. Bu müddətdə nə ilə məşğul olursunuz?

– Futbol sahəsində fəaliyyətimi davam etdirirəm. Hələ futbolçu vaxtından seleksiyaçı olmaq istəmişdim. Bununla yanaşı, başqa sahədə də çalışıram. Futbolla əlaqəsi olmayan bir şirkətdir.

– Keçmiş komandanız “Neftçi”ni necə xatırlayırsınız?

– “Neftçi”də oynamağımın üzərindən artıq 15 ildən çox vaxt keçib. Cəmi ilyarım çıxış etməyimə baxmayaraq, orada çempionluq sevinci yaşadım. Həmin anları unutmaq mümkün deyil. Hamı tullanıb-düşür, bir-biri ilə qucaqlaşırdı. İnanın ki, “Neftçi” həmin vaxtdan bəri hər çempion olanda məndə eyni hisslər canlanırdı.

– 2005-2006 mövsümündə 9 qol vursanız da, komandadan ayrıldınız. Qalmağınıza nə mane oldu?

– Əslində, klub qalmağımı istəyirdi, yeni müqavilə də təklif olunmuşdu. Ancaq ailəvi səbəblərdən ayrılmalı oldum. Elə bir dönəmə təsadüf etmişdi ki, ailəmin yanında olmalı idim. Əks təqdirdə, “Neftçi”dən getməzdim.

– 2004-2005 mövsümündə çempionluğu “Qızıl oyun”la qazandınız. “Xəzər Lənkəran”la həlledici matç yadınızdadır?

– Bu, həyatımın ən vacib görüşlərindən biri idi. Azarkeşlər tribunaları ağzına qədər doldurmuş, futbolçuların adlarını bir-bir çəkirdilər. Mənim adım səslənəndə fəxr hissi keçirirdim. Bu səs indi də qulaqlarımdadır.

– Bəs “Neftçi”də vurduğunuz hansı qol sizin üçün unudulmazdır?

– “Hafnarfyodur”la Çempionlar Liqası matçlarında vurduğum qollar. İslandiya komandasını hər iki görüşdə məğlub etmişdik və hər iki oyunda fərqlənmişdim. İslandiyadan qayıdanda azarkeşlər bizi hava limanında coşqu ilə qarşılamışdılar.

blank

– Keçmiş komanda yoldaşlarınızla əlaqə saxlayırsınız?

– Bəziləri ilə hərdən yazışırıq. Mənə ən çox “Neftçi” azarkeşləri mesaj yazırlar, çempion olduğumuz mövsümü xatırladırlar. O dönəmdə klubda çalışan Ramin Musayevi də çox gözəl xatırlayıram. Yaxşı yadımdadır, ona “ata” deyirdik. Çünki bizimlə yaxından maraqlanırdı. Ramin müəllimlə danışmaq, hal-əhval tutmaq istərdim.

– Artıq uzun illərdir Azərbaycan çempionatına hegemonluq edən “Qarabağ” bu mövsüm də çempion oldu. “Neftçi”nin üçüncü yeri tutmasından məlumatlısınız?

– Yalan danışa bilmərəm, “Neftçi”nin bu illər ərzində cəmi bir dəfə çempion olması məni çox məyus edir. Hətta deyərdim ki, bir azarkeş kimi qəzəbləndirir.

– Komanda üçüncü yeri tutduğu üçün azarkeşlərin əksəriyyəti baş məşqçi Laurentsiu Regekampfın istefasını tələb edir. Sizcə, baş məşqçi dəyişikliyi “Neftçi”nin əvvəlki əzəmətinə qayıtmasına kömək ola bilər?

– Məncə, baş məşqçi dəyişiklikləri çıxış yolu deyil. Təbii ki, azarkeşləri də başa düşürəm. Çünki onlar “Neftçi”ni həmişə çempion görmək istəyirlər. Açığı, indi orada vəziyyətin necə olduğunu bilmirəm. Buna görə də baş məşqçi dəyişikliyinin nə formada təsir edəcəyini deyə bilmərəm.

– Sizin dövrün “Neftçi”si ilə indikini müqayisə edə bilərsiniz?

– Axı “Neftçi”nin indiki heyəti barədə geniş məlumatım yoxdur. Bizim komanda isə çox güclü idi. Azarkeşlərin dəstəyi ilə daha da güclü olurduq. Üstəlik, onlarla aramızda heç vaxt məsafə saxlamırdıq. Hamımız bir ailə kimi idik. Həmin vaxt əsas rəqibimiz “Xəzər Lənkəran” idi. Onların çox yaxşı maliyyə imkanları var idi. İndi isə “Neftçi” ilə “Qarabağ” mübarizə aparır. Təəssüf ki, hələlik “Neftçi” bu mübarizədə məğlub olur.

– “Neftçi”nin hələ də Azərbaycan Kubokunu qazanmaq şansı var…

– Bundan xəbərim var. “Neftçi”nin nəticələrini izləyirəm. Ölkə kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaqlar. “Neftçi” mənə doğma komandadır. Qış fasiləsindən sonrakı nəticələri də uğurludur. Bunu nəzərə alaraq, “Neftçi”nin kuboku qazanacağına inamım böyükdür.

– “Neftçi” növbəti mövsüm Konfrans Liqasında çıxış edəcək. “Ağ-qaralar”dan avrokuboklarda hansı nəticəni gözləyirsiniz?

– “Neftçi” Avropa arenasında oynamağa həmişə layiqdir. Elə böyük klublar var ki, avrokuboklarda uğurlu çıxış edə bilmirlər. Halbuki büdcələri “Neftçi”dən qat-qat çoxdur. “Neftçi”nin isə təkcə adı avrokubokda yer almağa yetir. Amma orada uğurlu nəticə üçün də yaxşı heyətə, güclü baş məşqçiyə, düzgün qərarlar verən idarəçiyə, bir sözlə, əsl komanda ruhuna sahib olmalısan. “Neftçi”nin düzgün yolda olduğuna inanıram. Gələn mövsüm avrokuboklarda çıxış edəcək Azərbaycanın bütün klublarına uğurlar arzulayıram.

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2024-01-22 00:57

Çempion doğma meydanda xalsız qaldı

blank
Dünya futbolu2024-01-22 00:39

“Liverpul”dan darmadağın

blank
Ölkə futbolu2024-01-22 00:03

“Qarabağ”ın oyununun biletləri satışa çıxarılır

blank
Ölkə futbolu2024-01-21 23:43

Nəbiyev yenidən federasiya prezidenti seçildi

blank
Müsahibə2024-01-21 23:38

“Əsas məqsədimiz Premyer Liqadakı yerimizi qorumaqdır” – İlqar Nadiri

blank
Dünya futbolu2024-01-21 22:55

“Fənərbaxça” büdrədi, “Qalatasaray” darmadağına sevindi

blank
Digər idman növləri2024-01-21 21:43

“Qarabağ” məğlub oldu

blank
Dünya futbolu2024-01-21 21:22

Sertan Taşkının komandasından səfər heç-heçəsi

blank
Digər idman növləri2024-01-21 21:00

Azərbaycan klubunda yeni basketbolçu

blank
Ölkə futbolu2024-01-21 20:51

“Neftçi”də yeni hücumçu

blank
Premyer-liqa2024-01-21 20:15

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Premyer-liqa2024-01-21 19:38

“Sabah”la “Neftçi”dən qolsuz heç-heçə – VİDEO

blank
Digər idman növləri2024-01-21 19:15

Melburnda ilk 1/4 finalçılar bəlli oldu

blank
Premyer-liqa2024-01-21 19:00

“Bir futbolçuya görə oyun planını dəyişmək fikrimiz yoxdur” – Murad Musayev

blank
Premyer-liqa2024-01-21 18:45

“Bərabərlik ən ədalətli nəticə oldu” – Bojoviç

blank
Ölkə futbolu2024-01-21 18:28

“Səbail”dən növbəti transfer

blank
Premyer-liqa2024-01-21 17:54

“Neftçi” və “Sabah”dan heç-heçə

blank
Digər idman növləri2024-01-21 17:23

“Sabah” vahid lider oldu

blank
Ölkə futbolu2024-01-21 16:43

“Şamaxı”dan darmadağın

blank
Dünya futbolu2024-01-21 16:22

“Qəbələ”nin sabiq futbolçusu Kipr klubunda

blank
Ölkə futbolu2024-01-21 15:52

“Neftçi”də daha iki itki

blank
Dünya futbolu2024-01-21 15:31

21-ci əsrdə ən çox qol vuran afrikalı futbolçular

blank
Dünya futbolu2024-01-21 15:00

“Milan”ın qapıçısı oyun vaxtı stadionu tərk etdi

blank
Ölkə futbolu2024-01-21 13:50

“Şamaxı”dan dördüncü transfer

blank
Digər idman növləri2024-01-21 13:23

AAF rəsmisi Qərb bölgəsinə niyə səfər edib?

blank
Dünya futbolu2024-01-21 12:59

Son 10 ildə transferlərdən ən çox qazanan klublar müəyyənləşdi

blank
Digər idman növləri2024-01-21 12:29

MHL-də bombardirlər yarışında lider dəyişikliyi

blank
Digər idman növləri2024-01-21 12:10

MHL “Ulduzlar oyunu” üçün kapitanları elan etdi

blank
Ölkə futbolu2024-01-21 12:02

“Qəbələ”nin futbolçusu bir aylıq sıradan çıxıb

blank
Digər idman növləri2024-01-21 11:48

Alperen klub rekordunu təkrarladı

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm