Bizi izləyin

Layihə

Moldova klubunda çalışan azərbaycanlı: “Vətənimə xidmət etmək istəyirəm”

blank
blank

Moldovanın “Dinamo-Avto” klubunun idman direktoru Rəsul Şükürsoyun futbolinfo.az saytına müsahibəsi

– Moldova klubunda azərbaycanlı idman direktoru – bir qədər qəribə səslənir. “Dinamo-Avto”ya gedişiniz necə baş tutdu?

– Bundan əvvəl Ukrayna klubu “Poddilya”da prezident vəzifəsində çalışmışam. Hətta müharibəyə qədər komanda artıq Premyer Liqaya iddia edirdi. Orada özünü maliyyələşdirən klub sistemini formalaşdırmışıq. Ondan sonra Türkiyədə məskunlaşdım. Beynəlxalq “Pelican” agentliyinin rəhbəri idim. FIFA-nın klub infrastrukturunun modernizasiyası oyunçu seleksiya sistemləri üzrə ixtisaslaşmış agentlikdir. Bu fəaliyyətlərim var idi. “Pelican” agentliyinin layihəsi olaraq Ukraynada və Türkiyədə mərkəzlər açmışdıq. Ukraynadakı mərkəz müharibə ilə əlaqədar bağlandı. Ardından növbəti mərkəzi Moldovada formalaşdırdıq. Elə həmin dönəmdə ideya ortaya atıldı ki, peşəkar bir klubu alaq. Səbəb də o idi ki, toplanış vasitəsilə Avropa futboluna adaptasiya etdiyimiz futbolçuları müxtəlif klublara verək. Bəzi istedadlı oyunçularla bağlı bəzən rəylərimiz işlədiyimiz klublara gedib çatmırdı. Buna görə də klubun alınması həmin oyunçuların öz platformamızda təcrübə toplamaları üçün nəzərdə tutulmuşdu. İdman nəticələrini bir kənara qoysaq, öz məqsədlərimizə çatmış sayılarıq. Çünki bu klubun platformasında böyük gələcəyinə inandığımız və toplanışlarımıza cəlb etdiyimiz 14 əcnəbi futbolçu adaptasiya mərhələsini keçdi. Bir çoxunu Avropanın fərqli klublarına verəcəyik. Onlardan bəziləri ilə hətta İspaniya La Liqa klubu “Kadis” maraqlanır. Həmçinin “Ferensvaroş” da onları izləyir. Şimali Makedoniya klubları ilə danışırıq.

Ancaq idman nəticələrinin yaxşı olmaması ayrı bir mövzudur. Bütün bunları nəzərə alaraq, xarici klubda azərbaycanlı mütəxəssisin çalışmasını qəribə saymıram. Çünki bütün dünyanın futbol sahəsində elə vəziyyət yaranıb ki, orada milliyət, pasport önəmli deyil. Potensial, akademik səviyyə daha vacibdir. Mən özüm də FIFA-nın Ukrayna Futbol Assosiasiyası qeydiyyatlı rəsmi konsultantıyam.

– Azərbaycanda işləmək təklifi almamışdınız?

– Azərbaycanda işləməklə bağlı müəyyən vaxtlarda təkliflərim olub. Ancaq həmin təkliflərin səmimiyyətinə inanmamışam. Hətta AFFA-dan da təklif var idi, görüşlərimiz olmuşdu. Masadan anlaşma ilə qalxmadığımıza görə bunlar baş tutmayıb. İndiki mövqeyimə görə Azərbaycanda elə perspektiv olmalıdır ki, əlimdəki işləri və öz inkişafımı əngəlləməməlidir. Hansısa klubun, futbol mərkəzinin ciddi niyyəti ola bilər. Həmin klubun və ya təşkilatın rəhbəri inkişaf planlaması ilə müraciət, biz də bunları müzakirə edə bilərik. Əgər ortaq məxrəcə gəlsək, faydalı yerdə işləyərik. Amma adımızdan, keçmişimizdən reklam kimi istifadə edənlər və ya öz şəxsi mənafeyi üçün reputasiyamızın korlanmasına təsir edən axmaq manevr niyyətli insanları əvvəlcədən müəyyən edirik. Buna görə də onların təkliflərini səmimi qəbul etmirik. İnkişafla, futbol infrastrukturunun böyüməsi ilə, böyük klub olmaqla, brendləşmə ilə bağlı bizə konkret təklif olmayıb.

– Futboldankənar şəxslərin çoxluq təşkil eləməsinin qərarınıza təsiri oldumu?

– Futboldankənar şəxslərin Azərbaycanda olması ürəyi Azərbaycan futbolu ilə yanan bir çox insanı bu sahədən uzaq salıb. Mənə də müəyyən mənada təsiri olub. Çünki futboldankənar insanların heç biri bizimlə əməkdaşlığın mahiyyətini başa düşə, potensialımızı düzgün qiymətləndirə, nəyə qadir olduğumuzu ölçə bilməz. Həmçinin bizdən hansı faydaların əldə olunacağını başa düşməzlər. Ona görə də bu gün bizim futbolçularımızı Avropa klubları alır. Hazırda Moldova futboluna xidmət edirik. Amma son dövrlərdə, xüsusən də Peşəkar Futbol Liqasında müsbətyönlü dəyişikliklərin AFFA-nı da, Azərbaycan futbol ictimaiyyətini də əhatə edəcəyinə ümid edirəm. Söhbət təkcə məndən getmir. Hazırda istər Azərbaycanda, istərsə də ölkə xaricində istedadlı, bu işin dərinliklərini bilən, uğurları, təcrübəsi olan insanlar öz ölkəsinə fayda verə bilərlər. İnanıram ki, bunun üçün zəmin yaranacaq.

– Moldova ilə Azərbaycanda futbola yanaşma və infrastruktur baxımından nə kimi fərqlər var?

– İnfrastruktur baxımından Azərbaycanda müsbət olan bir çox amil var. Stadionlar, təlim-məşq bazaları, şərait baxımından öndəyik. Bunların heç biri Moldovada yoxdur. “Dinamo-Avto”nun öz təlim-məşq bazası var. Minimum şərtlər təmin olunub. Ancaq bu da bizim üçün qaneedici deyil. Klubu qısa müddətdə Tiraspoldan çıxarmaq və yeni baza inşa etmək istəyirik. Bununla bağlı işlər gedir. Ümumi götürdükdə, Moldovada beynəlxalq səviyyədə oyunlar keçirəcək yeganə tam standartlı “Zimbru” stadionudur. “Petrokub” və “Milsami”nin ev oyunlarını keçirdiyi stadionlar belə, tam standartlara cavab vermir. Belə stadionlar bizim bölgələrdə də var. Beynəlxalq lisenziyası olsa da, yüksək səviyyədə standartlara cavab verdiyini deyə bilmərəm. Məsələn, Moldovada Tofiq Bəhramov adına Respublika Stadionu kimi arena yoxdur. Mən hələ Bakı Olimpiya Stadionunu demirəm. Adicə “ASK Arena”, “Dalğa Arena”, Suxaranıdakı stadion kimi şəraiti olan meydanlar yoxdur. Bakıda bu qədər infrastruktur varsa, nə Kişinyovda, nə də bölgələrdə belə şərait yoxdur. Lakin burada futbola daha peşəkar yanaşırlar. Çünki Moldova Futbol Federasiyasında futbolla əlaqəli insanlar çalışır. Bir neçə dəfə federasiya prezidenti Leonid Oleyniçenko ilə görüşmüşəm. Futbolu dərindən bilən gənc kadrdır. Sabiq baş katib Boris Çebotari keçmiş futbolçudur. Hazırkı baş katib də futbolu yüksək səviyyədə bilir. Ümumiyyətlə, federasiyada futboldankənar insanlara rast gəlinmir. Onların hamısının futbol keçmişi var. “Dinamo-Avto” klubu olaraq VAR sisteminin gətirilməsi, Klublar Birliyinin yaranması təklifini vermişik. Bu istiqamətdə nələr edə biləcəyimizi layihələndirmişik. Futbola yanaşma baxımından Moldovada mövcud resurslar çərçivəsində daha peşəkar sistemin olduğunu düşünürəm. Nəzərə almalıyıq ki, Azərbaycan neft ölkəsidir, imkanları genişdir. Məsələn, Moldovada bir SOCAR yoxdur ki, federasiyaya ildə 20 milyon manat vəsait ayırsın. Burada belə sponsorlar, dəstək yoxdur. Çünki Moldova limanı olmayan, ticari potensialı Azərbaycandan qat-qat aşağı olan ölkədir. Buna baxmayaraq, “Qarabağ”ın Azərbaycanda tutduğu mövqeyi “Şerif” Moldovada davam etdirir. Digər klublara gəlincə, “Petrokub” “Neftçi” ilə, “Milsami” “Zirə” ilə başabaş mübarizə apara bilər. Potensialları aşağı-yuxarı eynidir. Ölkələr arasında büdcə, resurs, futbola yatırılan vəsait fərqini göz önünə gətirəndə görürük ki, Azərbaycan futbolu çox geridədir. Öz potensialımızdan istifadə istiqamətində Moldovadan geri qalırıq. Halbuki Azərbaycanda futbolu dərindən bilən kifayət qədər mütəxəssis var. Ancaq onlardan istifadə olunmur. Nəticələr də göz önündədir.

– Moldova klubundakı idman direktoru ilə Azərbaycan klubundakı idman direktorundan tələblər fərqli olur?

– Azərbaycan klubunda idman direktorundan tələblərin nə olduğunu bilmirəm. Çünki bu strukturda heç vaxt yer almamışam. Ancaq dostlarımla danışıram. Əslində, idman direktorlarının səlahiyyətləri eynidir. Sadəcə, klub rəhbərliyi həmin vəzifə səlahiyyətini yerinə yetirilməsinə nə qədər tələbkar yanaşır – bilmirəm. İdman direktorlarının orada hansı şərtlər altında işləmələri önəmlidir. İdman fəaliyyətlərinin həyata keçirilməsi, texniki heyətə, futbolçu seçilməsi üzrə seleksiya qrupuna rəhbərlik, oyunların, məşqlərin təşkilindən tutmuş inventara qədər hər şeyə idman direktoru nəzarət edir. Bizim klubda bu, FIFA-nın nəzərdə tutduğu beynəlxalq normativlər nələrdirsə, o cür icra olunur. Məsələn, hazırda futbolçularımızla bağlı “Kadis”in idman direktoru ilə birbaşa ünsiyyətdəyəm. Həmçiniin “Norviç”, “Monako” kimi klubların idman direktoru ilə də söhbətlərimiz olub. Azərbaycan futbolunda bu sahədə fəaliyyət göstərənlərə böyük hörmətim var, çoxunu da tanıyıram. Ancaq fəaliyyətlərini qiymətləndirmək üçün onlarla birlikdə işləməliyəm.

– Novruz Əzimovun “Dinamo-Avto”ya təyinatı variantı necə yarandı?

– Novruz Əzimovun “Dinamo-Avto”ya təyinatı variant birbaşa mənim ideyamdır. Həmin dövrdə Novruz müəllimlə müzakirələr apardıq, belə qərara gəldik. Əzimov kimi “Pro” kateqoriyasına sahib peşəkar mütəxəssislərimiz var. Onlardan biri Nazim Süleymanovdur ki, hazırda “Ximki”də işləyir. Onlara Azərbaycan futbolunda yetəri qədər qiymət verilmir. Azərbaycanı ölkə xaricində də layiqincə təmsil etməyə qadirdirlər. Onlardan biri ilə əməkdaşlıq elədiyimiz üçün sevinirəm. Ümid edirəm ki, gələcəkdə başqa mütəxəssislərimizə də imkan olduqca şans verəcəyik.

– Əzimova rəhbərliyin münasibət necədir?

– Biz onun fəaliyyətini yüksək qiymətləndiririk. Baxmayaraq ki, nəticələr hazırda o qədər də ürəkaçan deyil. Bunun da obyektiv və subyektiv səbəbləri var. Novruz müəllimin peşəkar məşqçi xüsusiyyətlərindən və insanlığından heç bir narazılığımız yoxdur.

– Hazırda klubunuzda maliyyə durumu necədir?

– Klubun maliyyə vəziyyətində sabit tendensiya hökm sürürdü. Ancaq son 10-15 gündə müəyyən problemlər ortaya çıxdı. Bu da toplanışlarımızın yerlərinin dəyişdirilməsi ilə bağlı idi. Bu rotasiyaları həyata keçirərkən “Pelican”a gedən gəlirlər gözləməyə alınır. Bu üzdən gəlirlərdə gecikmə yaşanır. Müvəqqəti sıxıntı yaşayırıq. Qlobal mənada problemimiz yoxdur. Klubumuzun büdcəsi elə də böyük deyil. İşlədiyim bütün klublarda yetəri qədər büdcəyə sahib olmaq istəmişəm. Bugünə qədər axsamalar olmadan gəlmişik. Düşünürəm ki, müvəqqəti problemi də həll edib, yolumuza davam edəcəyik.

– “Dinamo-Avto”ya azərbaycanlı futbolçunun transferi nəzərdə tutulub?

– “Dinamo-Avto”ya həmişə istedadlı futbolçular transfer olunacaq. Seleksiya qrupumuz var, bunu öz qaydalarımızla həyata keçiririk. Bizim üçün futbolçunun milliyəti, vətəndaşlığı ciddi rol oynamır. Çünki azərbaycanlı da, qabonlu da Moldovada legionerdir. Əgər söhbət klubun sahibi olan agentliyin azərbaycanlılar tərəfindən idarə olunmasından gedirsə, bu, əsas vermir ki, vətənpərvərliyi, milli duyğuları işə qataq. Azərbaycanlı futbolçular da özlərini sübut eləsinlər, heyətimizə qataq. Hər kəsi izləyirik. İş prinspilərimizə uyğun azərbaycanlı oyunçu aşkar edə bilsək, özümüz müraciət edəcəyik. Çünki Azərbaycanda da kifayət qədər ciddi informasiya kanallarımız var. Bəzi futbolçular haqda onların özlərinin də xəbəri olmadan informasiya toplayırıq.

– Azərbaycanda çalışmaq niyyətiniz var, yoxsa xaricdə fəaliyyət göstərmək daha rahatdır?

– Azərbaycanda çalışmaq niyyətim həmişə olub. Ancaq bayaq da dediyim kimi, bu, həm mənim, həm də təklif olunan layihənin inkişafı üçün atılan addım olmalıdır. Ancaq bu şərtlərlə Azərbaycanda fəaliyyət göstərə bilərəm. Çünki indiyə qədər işlədiyim hər yerdə faydalı olmuşam. Özümü buna məcbur hiss eləmişəm. Buna görə ana prinsiplər mənim üçün var olmağa davam edəcək. Hər bir azərbaycanlı kimi, öz vətənimə, bayrağıma, milli futboluma xidmət etmək ürəyimdən keçir. Bunun üçün isə zəmin olmalıdır.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Dünya futbolu2023-12-08 02:20

“Tottenhem” və “Nyukasl” xalsız qaldı

blank
Dünya futbolu2023-12-08 01:37

“Brest”lə “Strasburq”dan heç-heçə

blank
Digər idman növləri2023-12-07 23:48

“Xarı Bülbül” “Azərreyl”ə qalib gəldi

blank
Digər idman növləri2023-12-07 22:42

Finala yüksələnlər və bürünc medalçılar müəyyənləşdi

blank
Dünya futbolu2023-12-07 21:33

“Traktor”dan növbəti qələbə

blank
I Liqa2023-12-07 20:51

Ruslan Hacıyev “İrəvan”dan şikayət edib

blank
Dünya futbolu2023-12-07 20:32

Ten Haq doğru yolla getdiklərinə əmindir

blank
Digər idman növləri2023-12-07 20:27

Azərbaycan yığması Şotlandiyaya uduzdu

blank
Dünya futbolu2023-12-07 20:15

Sançonu Malenlə dəyişmək istəyirlər

blank
Dünya futbolu2023-12-07 19:57

Spaletti Neapolun fəxri vətəndaşı oldu

blank
Dünya futbolu2023-12-07 19:40

Arda “Vilyarreal”la oyunda debüt edə bilər

blank
Dünya futbolu2023-12-07 19:25

Pirlo “Real”la anlaşıbmış

blank
Digər idman növləri2023-12-07 19:10

Taekvondo hakimlərinin ümumrespublika seminarı keçiriləcək

blank
Ölkə futbolu2023-12-07 18:55

Bir oyun keçirilmədi, favoritlər darmadağına sevindilər

blank
Ölkə futbolu2023-12-07 18:37

Azərbaycan təmsilçisinin UEFA turnirindəki rəqibləri bəlli oldu

blank
Digər idman növləri2023-12-07 18:18

Gənc fransızdan unikal göstərici

blank
Dünya futbolu2023-12-07 18:01

Yüksək liqanı tərk etməyən iki klub qaldı

blank
Digər idman növləri2023-12-07 17:47

FİA Bakıda bir sıra yeni qərarlar qəbul etdi

blank
Digər idman növləri2023-12-07 17:29

“Audi” planlarını dəyişmək fikrində deyil

blank
Dünya futbolu2023-12-07 17:15

Çempionluq qolunu vurdu, gələcək komandasından təbrik aldı

blank
Dünya futbolu2023-12-07 17:00

“Qarabağ”ın rəqibi yoxlama oyununda məğlub oldu

blank
Müsahibə2023-12-07 16:49

Diniyev 3 yeni futbolçu istəyir: “Avtoqol elə-belə vurulmadı”

blank
I Liqa2023-12-07 16:42

MOİK uduzdu, “Qaradağ Lökbatan” vahid lider oldu

blank
Digər idman növləri2023-12-07 16:21

Ömər Cavadov qran-pridə çıxış etdi

blank
Dünya futbolu2023-12-07 16:00

İlin ən çox gəlir əldə edən futbolçuları

blank
Milli komanda2023-12-07 15:41

“Birbaşa Bakı” və “Zirə” mövsümə qələbə ilə başladılar

blank
Digər idman növləri2023-12-07 15:20

“Fənərbağça” “Anadolu Efes”in qəhrəmanlığını təkrar edə bilmədi

blank
Digər idman növləri2023-12-07 15:00

MBA-da daha 11 oyun keçirildi

blank
Digər idman növləri2023-12-07 14:38

Millimizin voleybolçusu xəstəxanadan evə buraxıldı

blank
Digər idman növləri2023-12-07 14:19

Millimizin Telavidə ardıcıl üçüncü məğlubiyyəti

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

Facebook

Gündəm