Ölkə futbolu
Moldovadan uzaqlaşdıq – “Qarabağ”ın sayəsində…

UEFA Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinin I turunun oyunlarından sonra ölkələrin əmsallar cədvəlini açıqlayıb. Sentyabrın 21-də Bakıda Norveç “Molde”sinə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycanın hesabına 0,500 xal əlavə edib.
Amma ölkəmizin mövqeyində hər hansı dəyişiklik baş verməyib. Azərbaycan 17,375 xalla yenə 29-cu pillədə qərarlaşıb. Bir pillə öndə olan Slovakiya ilə fərqi azaltmaq mümkün olmayıb. Bu ölkə təmsilçisi “Slovan”ın doğma meydanda “Klaksvik”i (Farer adaları) üstələməsi (2:1) buna imkan verməyib.
30-cu yerdəki Moldova (12,875 xal) ilə fərq isə artıb. Buna “Şerif”in doğma azarkeşləri önündə İtaliya təmsilçisi “Roma”ya uduzması (1:2) səbəb olub.
Qeyd edək ki, siyahıya İngiltərə (90,303 xal) başçılıq edir. İspaniya (78,864 xal) ikinci, İtaliya (73,141 xal) üçüncüdür.

- Ölkə futbolu2023-11-28 09:50
Gəncə stadionu yenidən qurulur – FOTOLAR
- Müsahibə2023-11-28 08:00
Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”
- Müsahibə2023-11-29 08:00
Nildo Azərbaycana qayıtmaq istəyir: “Xəzər Lənkəran”ın dağılması böyük itkidir”
- Ölkə futbolu2023-11-29 10:50
Qurban Qurbanov “Molde” ilə oyundan danışdı