Ölkə futbolu
Monroz qayıtmağın əleyhinə deyil

Azərbaycanda 2017-2019-cu illərdə “Qəbələ”nin, 2019-2021-ci illərdə isə “Neftçi”nin formasını geyinmiş Stiven Jozef Monroz hazırda vətənində çıxış edir. Aşağı dəstədə çıxış edən “SP Milizaç”ın formasını geyən fransalı əsas heyət üzvüdür.
Ölkəmizdən getdikdən sonra Yunanıstan “Xanti”sində bir mövsüm çıxış edən 32 yaşlı forvard qısa müddət işsiz qalıb. 2022-ci ilin oktyabrında yollandığı “Ayaçço”da cəmi 3 ay keçirən Monroz indiki klubunda əsas heyətin daimi üzvüdür.
Stiven Azərbaycana qayıtmağın əleyhinə deyil: “Neftçi” ilə avrokuboklarda mübarizə aparmaq xoş idi. Avropa arenasında oynamaq insana əlavə motivasiya verir. Açığı, mən xatirələrlə yaşayan biri deyiləm. Keçmişdə çox ilişib qalmıram. Azərbaycandan yaxşı təklif olsa, nəzərdən keçirərəm”.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”