Dünya futbolu
Moriyasu qələbəyə görə… almanlara təşəkkür etdi
Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu DÇ-2022-nin qrup mərhələsində Almaniya yığması üzərində qələbədən sonra fikirlərini bildirib.
O, 2:1 hesablı nəticəni şərh etməzdən öncə Bundesliqanın yaponiyalı futbolçuların inkişafına verdiyi töhfəni qeyd edib: “Bundesliqa yapon oyunçuların inkişafına kömək edir. Buna görə çox minnətdarıq. Bir çox alman insanı yapon futbolunun inkişafına kömək edib və töhfə verib. Bu gün qalib gəldik, lakin Yaponiya Almaniyadan və bütün dünyadan öyrənməyə davam edəcək. Asiya futbolunun imkanlarını göstəririk. Qol buraxanda da oynamağa davam etdik. Son dəqiqəyə qədər israrlı olmaq lazımdır”.
Xatırladaq ki, Bundesliqada xeyli yaponiyalı oynayır. Almaniyaya qol vuranlar da məhz bu ölkədə çıxış edənlər idi.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var