Müsahibə
Muarem Muarem: “Meydanda hər şey baş verə bilər”

“Qarabağ”ın sabiq şimali makedoniyalı futbolçusu Muarem Muaremin futbolinfo.az saytına müsahibəsi
– Şimali Makedoniya və Azərbaycan arasında keçiriləcək matçda kimi şanslı görürsən?
– Kimin daha şanslı olacağını deyə bilmərəm, amma daha təcrübəli komanda olaraq Şimali Makedoniyanı üstün saymaq olar. Nə də olsa, Avropa çempionatında oynamış komandadır. Avropada oynayan təcrübəli oyunçular da heyətdə yer alır. Amma təbii ki, matç başlayanda iki komandanın da şansları eyni olacaq. Bunu deməyimə səbəb hər iki komandanı yaxşı tanımağımdır.
– Azərbaycan millisi son 4 qarşılaşmada qalib gəldi. Səncə, komanda üçün bu əlavə motivasiya oyunda daha yaxşı olmağa gətirib çıxa bilər?
– Bəli, Azərbaycan yığmasının son oyunlarını izlədim. Komandada yüksəliş olduğunu bilirəm. Çox təcrübəli baş məşqçiyə sahibdir. Buna görə ən yaxşısını edəcəklərinə inanıram. Yaxın zamanda Azərbaycanın böyük turnirlərdən birində oynayacağını düşünürəm.
– Amma Şimali Makedoniya millisinin heyətindəki futbolçular Avropanın güclü liqalarında çıxış edir…
– Düzdü, çox yaxşı komandalarda oynayan futbolçularımız var. Bu baxımdan Şimali Makedoniya daha üstün tərəfdir. Amma meydanda hər şey baş verə bilər. Kimsə nəticəni öncədən təxmin edə bilməz. Çünki bütün milli komandalarda hər zaman ölkələrin ən yaxşı futbolçuları yer alır.
– Millimizdəki hansı futbolçuları təhlükəli sayırsan?
– Azərbaycan son matçlarda komanda olaraq təhlükəli oyun göstərir. Amma oyunçu olaraq Ramil Şeydayevin, Mahir Emrelinin, Emin Mahmudovun, Riçard Almeydanın adını çəkmək olar. Çox faydalı futbolçulardır və eyni zamanda təhlükəlidirlər.
– Azərbaycan çempionatını izləyirsən?
– Azərbaycan liqasında ancaq “Qarabağ”ın oyunlarına baxıram. Son 3-4 ildə heyətə çox yaxşı futbolçular qatıldı. Həm yerli, həm əcnəbilər seçilir. “Qarabağ” komanda oyununu üst səviyyəyə çıxarıb. Həm daxili çempionatda, həm də Avropada yaxşı çıxış edirlər. Təbii ki, bunun əsas səbəbi Qurban Qurbanovun uzun müddət orada olmasıdır. Komandanın son dərəcə nizam-intizamlı idarə olunması da xüsusi vurğulanmalı məqamdır.
– Azərbaycan millisinin qaldığı oteli ziyarət etmisən…
– Bəli, otelə getdim, keçmiş komanda yoldaşlarımla görüşdüm. Onlarla “Qarabağ”da keçirdiyimiz dönəmlərdən danışdıq, bəzi oyunlarımızı yada saldıq. Futbolçuların milli komandadakı hazırkı durumundan söhbət açdıq. Gözəl bir söhbət oldu. Onları görmək məni çox sevindirdi. Şimali Makedoniya ilə matçda uğurlar arzuladım. Matç günü də onları izləyəcəyimi söylədim. Mənə “Qarabağ” formasını hədiyyə etdilər, xoşbəxt oldum.
FƏRİD

- Ölkə futbolu2023-08-28 13:11
Şəxsi maraqlar üzündən reallaşan təxribat, yoxsa məsuliyyətsizlik : “Qarabağ”ın oyunu niyə yayımlanmadı?
- Premyer-liqa2023-08-29 10:11
Klublarımızın yay bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2023-08-28 08:30
“Neftçi”də müqavilə günü – biri yerli, digəri legioner
- Ölkə futbolu2023-08-29 08:00
Elxan Məmmədovun siyahıya aldığı 200 min futbolçunun 0,5 faizi də yoxdur