Bizi izləyin

Ölkə futbolu

Mükəmməl təhlil və taktika – Qurbanov bunu da bacardı

blank
blank

Avropa Liqasının G qrupunda mübarizə aparan “Qarabağ” “Georgios Karaiskakis” stadionunda “Olimpiakos”u 3:0 hesabı ilə darmadağın etdi. Bu cümlə ətrafında saatlarla danışmaq, səhifələrlə yazmaq olar. Təriflər, təbriklər, bəlağətli sözlərlə bəzədilən cümlələr…

Nələr danışmaq olmaz ki?! “Qarabağ”ın şəninə layiqli təriflər səsləndirməkdən asan nə var ki? Amma belə bir klub ərsəyə gətirmək – Azərbaycan reallığında bunu necə bacarıblar, onu anlamaqda çətinlik çəkirik.

Azərbaycan reallığı odur ki, AFFA əcnəbi məşqçiləri axtarıb guya onların sağ əlini millimizin başına çəkmək istəyir, ölkə çempionatında Bakıda köksüz alaq otlarına bənzədilən klublar yaradılır, “Neftçi” kimi tarixi klub çempionluq uğrunda mübarizə aparmaq üçün hər il heyət dəyişir, “Kəpəz” kimi köklü klub ev oyunlarını Gəncədən aralı keçirir…

Bu problemlər haqqında da saatlarla danışmaq, səhifələrlə yazmaq olar.  Tənqidlər, təkliflər və hətta təhqir ifadələri ilə bəzədilən cümlələr… Nələr danışmaq olmaz ki?  Futbolumuzun bugününə ağlamaqdan asan nə var ki?

Yazını iki qütbə bölmək fikrində deyilik. Bu yazıda ən çətin olan işdən danışacağıq. “Qarabağ” Yunanıstanda nəyin hesabına qalib gəldi?

Hələ oyundan əvvəl rəqibi incələyərkən, müəyyən çətinliklərlə üzləşmişdik. Bu mövsüm iki baş məşqçi ilə vidalaşan klubun komandamıza qarşı hansı heyətlə və hansı taktika ilə oynayacağını müəyyənləşdirmək hətta mümkün deyildi.  Miçelin “Atromitos”la oyunda döyüşə atdığı heyət və həmin görüşdə sərgilənən oyun ölçü vahidi ola bilməzdi. Amma Qurban Qurbanov uğurlu nəticə əldə etmək üçün komandanı oyuna hazırlaşdırmalı idi. Ən əsası, rəqibin təhlükəli silahları zərərsizləşdirilməli idi.

Hər nə qədər komanda enişdə olsa da, keyfiyyətli oyunçuları ilə diqqət çəkirdi. Onları Yunanıstanda məğlub etmək çətin görünürdü.  Amma “Frayburq” və “Nant”ı çox yaxşı incələyən Qurbanov sirli “Olimpiakos”un öhdəsindən də gəlməyi bacardı. Bir məsələdə bəxtimiz gətirmişdi ki, rəqiblə müqayisədə zədəli oyunçularla bağlı problemimiz yox idi. Yeganə problem Marko Yankoviçin Monteneqro millisindən zədəli dönməsi sayılırdı. Əslində, Markonu oyuna qədər haradasa hazırlamaq mümkün idi. Amma Qurbanov risk etməmək qərarına gəldi.

“Olimpiakos”da isə 4 futbolçu zədə səbəbindən meydana çıxa bilməyəcəkdi. Hələ adı UEFA-nın iştirak ərizəsinə salınmayan 12 futbolçudan danışmırıq.

“Qarabağ”da bu mövsüm avrokubokarda meydana çıxan oyunçuları nəzərdən keçirməli olsaq, yalnız orta xəttdə müəyyən rotasiyaların həyata keçirildiyini görərik. Maksim Medvedevlə Kevin Medina zədələnəndən sonra arxa xətt oyunçuları dəyişməz olaraq qalırdı. Yalnız Qurbanov Toral Bayramovla Elvin Cəfərquliyev arasında müəyyən tərəddüdlər edirdi. Hücumda isə Kadi ilə Zubirin yeri toxunulmazdı. İbrahima Vadji gedəndən sonra Ovusu Kvabena da sivri ucda yerini möhkəmlətmişdi.

Yarımmüdafiədə son vaxtlar yalnız Qara Qarayev toxunulmaz statusu qazanmışdı. Ona görə də “Olimpiakos”la oyunda məhz mərkəzi kimlərin tutacağı maraq doğururdu. Qurbanov bunu həm də rəqibə görə müəyyənləşdirməli idi. Oyundan əvvəlki təhlil yazımızda “Qarabağ”ın bu oyunda qalib gəlməsi üçün mərkəzi ələ keçirməli olduğunu yazmışdıq. Çünki mərkəz yarımmüdafiəçilərinin keyfiyyətinə görə pireylilər bu mənada həm “Frayburq”, həm də “Nant”dan daha keyfiyyətli komanda idi. Rəqibin mərkəzdə topu ram etməyi bacaran futbolçularının qarşısına yaxşı pressinq etməyi bacaran və topu oğurlayıb sürətli əks-hücuma çıxaran yarımmüdafiəçilər lazım idi. Qaranın onların önünə atılacaq ilk kart olduğunu bilirdik. Almeyda ilə Ozobiçin Qarayevə həmdəm olacağını gözləmək olardı.

Amma hədər yerə sürət amilini qabartmadıq. Bu 3 oyunçu top almaq və qapıya zərbələr endirməkdə məharətli olsa da, topu götürüb irəli qaçıb əks-hücum reallaşdırmaq onlarlıq deyil. Bunu etmək üçün Qurbanov ya Kadini ortaya çəkib Şeydayevi sağda cinahda oynatmalı idi, ya da… Bəli, Leandro ilə Almeyda meydana çıxmalı idi. Braziliyalını Premyer Liqa oyunlarında bu mövqedə görürdüksə, avrokuboklarda start heyətində döyüşə atılmamışdı. Qurbanov bu gedişi etməyə özündə cəsarət tapdı. Hə, o başqa məsələ ki, qollar Andradenin meydanı tərk edib Şeydayevin qazona qədəm basmasından sonra vuruldu. Amma buna qədər Leandro mərkəzdə faydalı iş əmsalı ilə yadda qaldı.

blank

Əslində, “Olimpiakos”un heyət amilini kənara qoysaq, elə də qorxulu rəqib olmadığını bilirdik. Miçel bir həftə ərzində möcüzə yarada bilməzdi. Sadəcə, yeni məşqçi ilə futbolçular daha istəkli olmalıydı. Bu istəyi onların gözündə gördük. İlk top qapılarından keçənə qədər pireylilər məşqçinin tapşırıqlarını səliqəli yerinə yetirirdilər. Sol cinahdan moldovalı Ryabçukun cinah reydləri sayəsində “Olimpiakos” ilk hissədə Veşoviçi narahat edirdi. Sadəcə, rəqibin sırf normal mərkəz hücumçusu olmadığından bu reydləri qarşılayan biri yox idi. Qari Rodrigeslə Uy Jo Hvanq isə geriyə çəkilib topu özləri ilə daşımaq istəyirdi. Hər halda, yarımmüdafiə xəttində Buxalakis – Biel – Kunde üçlüyü onlarla anlaşa bilmirdi. Bu üçünün arasında yalnız Biel fəallığı ilə diqqət çəkirdi ki, o da yalnız bir dəfə cərimə zərbəsindən Şahrudini narahat etdi.

“Qarabağ”ı oyunda ən çox narahat edən məqam isə “Olimpiakos”un meydana 5 müdafiəçi ilə çıxması oldu. Elə oyundan sonra Qurban Qurbanov da buna təəccübləndiyini söylədi. Xüsusən də cinah müdafiəçisi Vrsalko ilə dayaq yarımmüdafiəçisi Mvilanın mərkəz müdafiəçisi kimi oynamağı diqqət çəkdi. “Qarabağ”ın tam heyətlə hücuma qoşulmaması fonunda qapalı oyuna hazırlaşmaq yunanların sistemini də qarışdırdı. Amma onlar “köhlən atlar”ın uzun ötürmələrini süni ofsayd yaratmaqla zərərsizləşdirə bilirdi. Etiraf edək ki, bu, onların ifasında çox gözəl alınırdı. Amma 68-ci dəqiqədə “Qarabağ”a belə bir tələ tətbiq edərkən pireylilər özləri quyuya düşdü.

Bu qol yunanların bütün sistemini dağıtdı. İkinci qol Sissenin top itkisindən sonra həyata keçdisə, 3-cü top da Şeydayevin fəallığı sayəsində reallaşdı. Beləliklə, “Qarabağ” ən azı Konfrans Liqasına vəsiqə qazanmaq üçün vacib qələbə əldə etdi. Artıq növbəti oyunda qazanacağımız bir xal minimum vəzifəni təmin edəcək. Amma “Nant”ın da ağır günlərini yaşadığını nəzərə alsaq, ən azı ikinci yeri tutmaq lazımdı.

ABBAS

Reklam

Reklam


blank
Digər idman növləri2022-12-01 19:43

Azərbaycan kubokuna start verildi

blank
Ölkə futbolu2022-12-01 19:19

“Qəbələ” zədəlilərin durumunu açıqladı

blank
Ölkə futbolu2022-12-01 19:00

DÇ-2022: Xorvatiya Belçikaya, Kanada Mərakeşə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2022-12-01 18:44

Şəhriyar Məmmədyarov rapid turnirində 6-cı oldu

blank
Dünya futbolu2022-12-01 18:33

Mbappeyə meydan oxudu: “Onu tək dayandıracağam”

blank
Ölkə futbolu2022-12-01 18:19

“Neftçi” Ayaz üçün 300 min avro təklif etdi – millimizdə çıxış edəcək

blank
Ölkə futbolu2022-12-01 17:51

Meza Kolli “Neftçi”yə qayıdır

blank
Ölkə futbolu2022-12-01 17:35

“Qəbələ”nin legioneri “50”yə çatdı

blank
I Divizion2022-12-01 17:11

Liderdən doğma meydanda inamlı qələbə

blank
Dünya futbolu2022-12-01 16:50

Xavyer Tebas: “Barselona”ya fərq qoya bilmərik”

blank
Əvəzedicilər2022-12-01 16:33

Rauf Əliyev Gəncədəki durumundan məmnundur: “Başqa təklif yoxdur”

blank
Dünya futbolu2022-12-01 16:27

“Kessye heç vaxt indi olduğu qədər xoşbəxt olmaylıb”

blank
Ölkə futbolu2022-12-01 16:15

“Şamaxı”da yeni hücumçu

blank
I Divizion2022-12-01 15:53

I Divizionda XIII turun oyun cədvəli

blank
Ölkə futbolu2022-12-01 15:36

AFFA-dan “Qarabağ” üçün seminar

blank
Premyer-liqa2022-12-01 15:13

“Sabah”da yeni rekordçu

blank
Dünya futbolu2022-12-01 14:56

2022-ci ilin ən çox qol vuran futbolçuları

blank
Ölkə futbolu2022-12-01 14:29

Kerjakov “Səbail”in baş məşqçisi olacaq? – Açıqlama

blank
Ölkə futbolu2022-12-01 14:08

“Şamaxı”nın qış hazırlıq proqramı açıqlandı

blank
Ölkə futbolu2022-12-01 13:35

“Araz Naxçıvan”da danışılmış oyunlarla bağlı seminar

blank
Ölkə futbolu2022-12-01 13:22

Yüksək Liqada IX tur həyəcanı – YENİLƏNİR

blank
Digər idman növləri2022-12-01 13:11

FİDE reytinqi: Şəhriyarla Teymur ilk “10-luq”dan kənarda

blank
Dünya futbolu2022-12-01 12:46

Messini təhdid edən meksikalı boksçu üzr istədi

blank
Ölkə futbolu2022-12-01 12:10

“Neftçi”dən baş məşqçi ilə problem yaşadığım üçün ayrıldım”

blank
Dünya futbolu2022-12-01 11:58

DÇ-2022: Tarixi rekordu təkrarladı

blank
Dünya futbolu2022-12-01 11:34

Son 52 ilin rekordu

blank
Digər idman növləri2022-12-01 11:03

“Tata Steel İndia”: Şəhriyar sonuncu görüşlərinə çıxır

blank
Ölkə futbolu2022-12-01 10:44

UEFA-dan “Qarabağ”a pandemiya yardımı

blank
Dünya futbolu2022-12-01 10:41

Nunu Mendeş üçün mundial bitdi

blank
Milli komanda2022-12-01 10:25

De Byazi millimizi Albaniya yığmasına dəyişir?

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-11-06 18:17

“Səbail” “Sabah”a belə məğlub oldu – VİDEO

Facebook

Gündəm