Dünya futbolu
Müller tarixi rekordu təkrarladı

“Bayern” Almaniya kubokunun 1/8 finalında “Maynts”ı 4:0 hesabıyla məğlub edib.
Futbolinfo.az xəbər verir ki, bu oyun Münhen təmsilçisinin hücumçusu Tomas Müller üçün əlamətdar olub.
33 yaşlı almaniyalı futbolçu turnir tarixində hamıdan çox – 53-cü dəfə qələbə qazanıb. O, “Verder”in sabiq yarımmüdafiəçisi Mirko Votavunu qabaqlayıb.
Tomas Müller həm də Almaniya kubokunda iştirak etdiyi oyunların sayına görə (63) Münhen klubunun sabiq qapıçısı Zepp Mayerin rekordunu təkrarlayıb.

- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”
- Ölkə futbolu2023-03-31 11:34
Amin Ramazanov İkardi ilə nədən danışıb?
- Ölkə futbolu2023-03-31 10:45
Qurban Qurbanov Şahruddinlə bağlı risk etməyəcək
- Premyer-liqa2023-03-31 17:23
“Turan Tovuz” “Sumqayıt”a doğma meydanda uduzdu