Dünya futbolu
Mundial bitincə Jiru yeni müqavilə bağlayacaq

Olivye Jiru “Milan”da qalacaq. A Seriyası təmsilçisi əsas hücumçusunu itirmək niyyətində deyil.
Qətərdə də bombardirlik qabiliyyətini göstərən fransız hücumçu İtaliya çempionundan ayrılmağı arzulamır. Danışıqlar zatən çoxdan başlayıb, tərəflərin istəkləri bəllidi. Milanlılar yeni anlaşma üçün problem görmür və müqaviləni hazırlayıb. Mundial bitən kimi Jiru imzanı atacaq və hər şey tamamlanacaq.
36 yaşlı forvardın “Milan”la sözləşməsi gələn ilin iyununda başa çatacaq. Yeni müqavilə isə 2025-ci ilə kimi nəzərdə tutulub. Maliyyə şətrləri ilə bağlı detallar imza günü açıqlanacaq.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-26 13:10
“Qarabağ”ın yeni transferi Bakıda tibbi müayinədən keçdi – tezliklə RƏSMƏN açıqlanacaq