Premyer-liqa
Muradovun 100-cü matçı

“Qəbələ”nin futbolçusu Rövlan Muradov Premyer Liqada 100-cü oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yubileyi 35-ci turun “Şamaxı” ilə matçına təsadüf edib.
Meydana start heyətində çıxan futbolçu ölkə çempionatında 100-cü dəfə şans qazanıb. Premyer Liqada yalnız “Qəbələ” forması geyinən Muradov bu matçlarda 10 qol vurub.
Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Rövlan Premyer Liqada “qırmızı-qara” forma ilə 100 və daha çox matç keçirən 8-ci oyunçudur.
Xatırladaq ki, “Şamaxı” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar