Digər idman növləri
“Murov” debütanta qalib gəldi
Azərbaycanın kişilərdən ibarət “Murov” voleybol klubu Niderlandın “Orion” komandası ilə Çağırış Kubokunun 1/8 final oyunlarına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirib.
Futbolinfo.az xəbər verir ki, Fərid Cəlalovun çalışdırdığı kollektiv ölkə çempionatının debütantı “Xarı Bülbül”lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Sonradan məşqçilərin razılığı əsasında tərəflər arasında daha bir set oynanılıb. Son ölkə çempionu bu dəfə də rəqibini üstələyib – 29:27.
“Murov” Niderland təmsilçisinə qarşı ilk oyununu dekabrın 1-də səfərdə keçirəcək. Cavab matçı isə dekabrın 15-də Bakıda baş tutacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var