Dünya futbolu
Musiala üçün yeni təklif

“Bayern” Camal Musialaya yeni müqavilə təklif etmək istəyir. Münhenlilər gəc istedadı asanlıqla əldən buraxmaq fikrindən uzaqdır.
Futbolinfo.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmilərindən Hasan Salihamiciç danışıb. O, milli komandanın üzvünü daha uzun müddət klubda saxlamaq üçün addım atmağın zamanının yetişdiyini bildirib: “Biz Camalın anasına və menecerinə ondan çox məmnun olduğumuzu söylədik”.
Almaniya yığması üçün uğursuz başa çatan Dünya Çempionatından sonra futbolçular istirahətə yollanıb: “İlk imkanda yeni müqavilənin şərtlərini müzakirə edəcəyik”.
19 yaşlı yarımmüdafiəçinin hazırda “Bayern”lə 2026-cı ilin yayına kimi müqaviləsi var. Lakin futbolçunun böyük perspektiv vəd etdiyini anlayan münhenlilər bu müddəti daha da uzatmaq istəyir.

- Premyer-liqa2023-09-01 14:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2023-09-01 09:29
Yenidən Avropa Liqasının qrupunda… Və yenə yalnız “Qarabağ”la
- Ölkə futbolu2023-09-02 08:00
“Sabah” muradına çatmasa, Murad sabaha qalmayacaq
- Müsahibə2023-09-01 08:00
Andrade İngiltərədən rəqib istəyir: “Bu, son deyil”