Digər idman növləri
Nadal son mövsümünün planlarını açıqladı

İspaniyalı tennisçi Rafael Nadal peşəkar tennis karyerasının son mövsümü ilə bağlı planlarından danışıb.
Xatırladaq ki, tennisçi bu mövsümün karyerasında sonuncu olacağını açıqlamışdı.
“Yenidən rəqabətədavamlı olmaq istərdim. Əlbəttə ki, “Roland Garros” və ya “Australian Open”də qalib gəlməyi xəyal etmirəm. İnsanları ümidləndirmək fikrim yoxdur – başa düşürəm ki, həyatımın və karyeramın bu mərhələsində bundan çox uzağam. Ancaq bunun qeyri-mümkün olduğunu da söyləməyəcəyəm, çünki idmanda hər şey çox tez dəyişir”, – deyə Nadal “Movistar” kanalına müsahibəsində bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Nadalın əmisi tennisçinin Avstraliyada korta qayıtmaq istədiyini bildirmişdi.
İyunun əvvəlində “Böyük Dəbilqə” yarışlarının 22 qat qalibi sol ayağının əzələsindən əməliyyat olunub. Hazırda reabilitasiya prosesinin getdiyi qeyd edilir.

- Premyer-liqa2023-09-18 13:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİB
- Müsahibə2023-09-18 10:48
“Neftçi”nin legioneri ekspert oldu: “Rəhman Hacıyev istedadını meydanda göstərə bilmirdi”
- Ölkə futbolu2023-09-18 08:00
Sabaha ümid verməyən “Sabah”
- Premyer-liqa2023-09-17 21:23
“Qarabağ” “Sabah”ı məğlub yola saldı