İspaniyalı tennisçi Rafael Nadalın çıxış edəcəyi növbəti turnir məlum olub.

Xatırladaq ki, “Böyük dəbilqə” seriyalı turnirlərin 22 qat qalibi qarşıdan gələn “Uimbldon”da çıxış etməyəcək.

Bunun səbəbini tennisçi bir örtükdən digərinə kemək istəməməklə izah edib. Rafaelin əsas məqsədi Parisdə keçiriləcək Olimpiadada çıxış etməkdir. Həmin yarışlara daha yaxşı hazırlaşmaq üçün Rafa Baştatdakı turnirdə iştirak edəcəyini bildirib. O, yarışlara xüsusi dəvətlə qatılacaq.

Qeyd edək ki, İsveçdəki turnirin kateqoriyası 250-dir. Oyunlara iyulun 16-da start veriləcək. Turnirdə həmçinin, Yannik Sinner və Kasper Ruudun da oynayacağı dəqiqdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp