Dünya futbolu
“Nant” “Qarabağ”la oyundan əvvəl heç-heçə etdi
Fransa çempionatında 12-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” da Liqa 1-də növbəti oyununu keçirib.
Sözügedən komanda “Nitsa”nın qonağı olub. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Hesabı 49-cu dəqiqədə “Nant”ın futbolçusu İqnatius Qanaqo vurub. Oyunun əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə isə “Nitsa” hesabı bərabərləşdirib. Nikolas Pepe penalti zərbəsindən fərqlənib.
Bu nəticədən sonra meydan sahibləri 13 xalla 12-ci, qonaqlar isə 11 xalla 15-ci sırada qərarlaşıb.
“Qarabağ” Fransa təmsilçisinə qarşı ilk oyununu 2-ci turda Bakıda keçirib və 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında ikinci görüş oktyabrın 27-də səfərdə baş tutacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”