Dünya futbolu
“Napoli” onları icarəyə verdi
“Napoli” iki futbolçusunu icarəyə göndərib.
Futbolinfo.az xəbər verir ki, Neapol təmsilçisi qapıçısı Nikita Kontinini “Recina”ya, hücumçusu Cüzeppe Ambrozinonu isə “Çittadella”ya icarəyə verib.
Hər iki oyunçu bu mövsümün sonunadək icarədə oynayacaq.
Ukraynadan olan Kontini “Napoli”nin yetirməsidir. Lakin Neapol təmsilçisi 26 yaşlı qolkiperə indiyə qədər əsas komandada oynamaq şansı yaratmayıb. Əvəzində o, SPAL, “Karrareze”, “Taranto”, “Pontedera”, “Syena”, “Virtus Entella”, “Krotone”, “Viçensta” və “Sampdoriya” kimi klublara icarəyə verilib.
Ambrozino da “Napoli”nin yetirməsidir. İtaliyadan olan 19 yaşlı forvard da hələ Neapol təmsilçisinin əsas komandasında oyun keçirməyib. O, bu mövsümün ilk dövrəsində “Komo”da icarədə oynayıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi