Dünya futbolu
“Napoli”dən tarixi uğur
İtaliya A Seriyasında çempionluğa doğru inama irəliləyən “Napoli” qitə səhnəsində də dayanmır. Neapol təmsilçisi Luçiano Spalettinin başçılığı altında tarixi uğura imza atıb.
Futbolinfo.az xəbər verir ki, “Napoli” ilk dəfə Çempionlar Liqasında 8 ən güclü klub sırasına çıxmağı bacarıb. “Ayntraxt”ı səfərdə 2, evdə 3 cavabsız qolla yenən komanda indiyədək ÇL-də ¼ final görməmişdi.
Neapol təmsilçisi bu uğuru ilə İtaliyaya da töhfəsini verdi. Belə ki, 2005/2006 mövsümündən bəri ilk dəfə sözügedən ölkənin 3 komandası ¼ finalın püşkünü gözləyir.
Milan klubları ilə yanaşı bu hüququ qazanan “Napoli” İtaliyanın digər ölkələrdən önə çıxmasına yardım etdi. Hazırda bu yarışda mübarizəni davam etdirən digər 5 klubdan ikisi İngiltərəni, hərəyə bir nümayəndə olmaqla İspaniya, Almaniya və Portuqaliyanı təmsil edir.
- Dünya futbolu2024-03-27 08:20
Benzia Əlcəzair üçün dubl etdi
- Ölkə futbolu2024-03-27 09:10
“Beşiktaş”da əsas hədəf Juninyodur
- Milli komanda2024-03-28 09:48
Mostovoy Çerçesovu nişan verdi: “Azərbaycan heç vaxt heç nəyə nail olmayıb”
- Müsahibə2024-03-28 16:57
Baxşıyev sistemli iş istəyir: “Bu, futbolda böyük önəm kəsb edir”