Ölkə futbolu
Nazarov klubunu dəyişir
Futbol üzrə Almaniyanın 3-cü liqa klubu “Ersgebirge”nin formasını geyinən Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov komandasını dəyişmək qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, bu barədə “tag24.de” nəşri məlumat yayıb.
Bildirilib ki, 33 yaşlı oyunçu yayda Aue təmsilçisini tərk edəcək. Onun bu barədə klubunu məlumatlandırdığı da vurğulanıb. Belə ki, iddiaya görə, millimizin üzvü rəhbərliyə iyunun 30-dək olan müqaviləsini yeniləməyəcəyini söyləyib. Ancaq onun karyerasını harada davam etdirəcəyi hələ məlum deyil.
Qeyd edək ki, Nazarov 2016-cı ildən “Ersgebirge”nin şərəfini qoruyur. Bu komanda hazırda 43 xalla 20 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.