Digər idman növləri
NBA çempionun oğlu Azərbaycan klubunda
Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Olimpik Şəki” klubu qış transfer pəncərəsində heyətini yeni basketbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisi Larri Robinsonu transfer edib.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İdmançının özü ilə eyni ad-soyadı daşıyan atası Larri Robinson 1993/94 mövsümündə əfsanəvi “Hyuston Rokets”də Milli Basketbol Liqasının (NBA) çempionu olub.
Larri Robinson sonuncu görüşdə “Sabah” klubuna qarşı 18 xal və 2 asist ilə komandasının ən məhsuldar basketbolçusu seçilib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…