Bu gün Misli Premyer Liqasında 14-cü tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə əvvəlcə, “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma bərabərliklə yekunlaşıb.

Turun son matçında isə “Sumqayıt”la “Zirə” üz-üzə gələcəklər.

Daha öncə “Sabah” “Qarabağ”a uduzub (1:2), “Qəbələ” “Turan Tovuz”a qalib gəlib (4:0), “Səbail” – “Kəpəz” matçı isə heç-heçə bitib – 0:0.

Misli Premyer Liqası
14-cü tur
26 noyabr

“Neftçi” – “Araz-Naxçıvan” 1:1
Qol: Yuri Matias, 41 – Orxan Əliyev, 90+3.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
“Neftçi Arena”, 15:30.

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 14. Eddi İsrafilov, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Shares: