Ölkə futbolu
“Neftçi” Ayaz üçün 300 min avro təklif etdi – millimizdə çıxış edəcək

Rusiyanın “Ximki” klubunda çıxış edən Ayaz Quliyev Azərbaycan millisində oynaya bilər.
Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiyə Azərbaycan pasportu da verilib.
Ayazın AÇ-2024-ün seçmə mərhələsinin qrup oyunlarında millimizdə çıxış edəcəyi gözlənilir.
Moskva “Spartak”ının yetirməsi olan Quliyev “Anji”, “Rostov”, “Arsenal” (Tula) klublarında oynayıb. O, Rusiyanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.
Rusiya mətbuatının yaydığı digər məlumata görə, Ayaz Quliyev “Neftçi”də oynaya bilər. “Ağ-qaralar” 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 300 min avro təklif etməyə hazırlaşır. Hələlik rəsmi danışıqlar başlamayıb.

Reklam
- Premyer-liqa2023-01-30 09:00
“Sumqayıt” bu gün “Turan Tovuz”la qarşılaşır
- Ölkə futbolu2023-01-29 12:57
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim”
- Ölkə futbolu2023-01-30 20:07
“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı
- Ölkə futbolu2023-01-30 13:02
“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”