Ölkə futbolu
“Neftçi” “Bakcell Arena” ilə vidalaşır
“Neftçi” “Bakcell Arena” ilə vidalaşır. Çempion aprelin ortalarından etibarən ev oyunlarını başqa arenada keçirəcək. Gələn ayın bu günü baş tutacaq “Sabah”la matç güman ki, bakılıların bu idman qurğusundakı son matçı olacaq. Lakin “Zirə” ilə kubokun yarımfinal matçının da burada baş tutması mümkündü.
Komandanın mövsümü hansı arenada başa vuracağı hələ dəqiqləşməyib. Bir neçə variant müzakirə olunur. Amma çox güman ki, sonda Mərdəkandakı “Dalğa Arena”ya üstünlük veriləcək.
“Neftçi”ni bu addımı atmağa vadar edən səbəb stadionun təmirə bağlanmasıdı. “Bakcell Arena”nın yaya hazır olması üçün qazonu dəyişdirilməlidi. Bu işləri görəcək şirkət təqribən 3 ay vaxt istəyib və iyunun 30-a kimi stadionu təhvil verməlidi.
Son 5 turda “Neftçi”nin cəmi bir ev oyunu var. “Sumqayıt”la matçların yeri dəyişdirildiyindən 4-cü dövrə qarşılaşması səfərdə reallaşacaq. Belədə yalnız “Zirə” ilə 27-ci turdakı görüş üçün stadion axtarmaq lazım gələcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib