Ölkə futbolu
“Neftçi” bir futbolçusunu qaytardı, birini yox

“Neftçi” Xəyal Nəcəfovu düşərgəsinə qaytarmayacaq. Son mövsümdə “Turan Tovuz”da icarədə olan futbolçu karyerasını yenə bölgə klubunda davam etdirəcək.
Futbolinfo.az xəbər veürir ki, bakılılar yarımmüdafiəçinin Tovuzda qalmasına razılıq verib. Bunu qərblilərin baş məşqçisi Ayxan Abbasov da təsdiqləyib. O, “Neftçi” ilə danışıqların uğurla bitdiyini söyləyib.
“Neftçi”nin 2021-ci ildə “Sumqayıt”dan 100 min dollara aldığı, heyətində olduğu bir mövsümdə ciddi şans almayan 25 yaşlı futbolçu ötən ilin iyulundan Tovuzdadır. Maraqlıdır ki, Xəyalın bakılılarla müqaviləsi də gələn mövsümün sonunda başa çatacaq. Bu səbəbdən onun azad agent kimi buraxıldığı, yoxsa satıldığı maraqlıdır. Tərəflər bununla bağlı açıqlama vermir. Oyunçu anlaşmanın müddəti artırılmadan daha bir illik icarəyə verilirsə, deməli, gələn yay Nəcəfov azad agent olacaq.
Yeri gəlmişkən, “Neftçi”nin “Turan Tovuz”da olan digər yarımmüdafiəçisi Turan Vəlizadə isə geri qaytarılıb. O, yeni mövsümə paytaxt klubunda başlayacaq.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat