Ölkə futbolu
“Neftçi” Eddi İsrafilovun transferini açıqladı
“Neftçi” klubu yeni transferi Eddi İsrafilovu təqdim edib. Futbolinfo.az xəbər verir ki, son ölkə çempionu yarımmüdafiəçinin keçidini rəsmi televiziyası vasitəsi ilə açıqlayıb.
30 yaşlı oyunçu “ağ-qaralar”ın heyətində 14 nömrəli formanı geyinəcək. O, artıq komanda ilə ilk məşqinə də çıxıb.
Eddi ötən ilin iyun ayında “Albasete”dən ayrıldıqdan sonra klubsuz idi. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AÇ-2020-nin seçmə oyununda millinin formasını geyinib. O, millimizdə bütövlükdə 13 matça çıxıb.
Eddi karyerası ərzində “Real Mursiya”, “Qranada”, “Eybar”, “Kordoba”, “Kadis”, “Ximnastik” və “Alkorkon” kimi klubların da formasını geyinib.
- Ölkə futbolu2024-01-19 10:00
“Neftçi”nin Kamilləşmə dərdi
- Dünya futbolu2024-01-18 08:00
De Byazi “Neftçi”nin sabiq hücumçusunu “Torino”ya təklif etdi
- Ölkə futbolu2024-01-18 15:05
Rahil Məmmədovun Polşa klubuna qoşulacağı vaxt bəlli oldu
- Ölkə futbolu2024-01-19 08:34
Kontenin transferinə nə qədər xərcləndi?