Müsahibə
“Neftçi” ilə oyundakı nəticə sürpriz deyil” – “Turan Tovuz”un müdafiəçisi
“Turan Tovuz”un müdafiəçisi Eltun Turabovun futbolinfo.az saytına müsahibəsi
- Son turda “Neftçi” ilə heç-heçə etdiniz. Oyun barədə nə deyər bilərsən?
- Matça çox yaxşı hazırlaşmışdıq. Rəqibin oyunun analiz eləmişdik. Düşünürəm ki, düzgün oynadıq və yaxşı nəticə qazandıq. Meydanda etdiklərimizlə buna layiq idik.
- Nəticə çoxu üçün sürpriz oldu…
- Deməzdim ki, bu sürprizdir. Sadəcə düzgün analiz, düzgün oyun sayəsində nəticə əldə etdik. Bunu bacardığımız üçün şadam.
- “Turan Tovuz” digər komandalarla müqayisədə aşağı büdcəli heyəti ilə yaxşı oyun göstərir. Bunun səbəbi nədir?
- Əsas olan odur ki, klubun heyətindəki hər kəs xeyir verməyə çalışır. Bunun üçün əlimizdən gələn hər şeyi edirik. Şükür ki, yaxşı kollektivimiz var. Bunun sayəsində də nəticələr gələcək.
- Komandanın hədəfi nədir?
- Qarşımızda bir hədəf yoxdur. Amma hər futbolçu istəyər ki, yuxarı pillələlərdə olsun komandası. Biz də bütün matçlara xal və qələbə üçün çıxırıq. Ümid edirəm ki, yaxşı pillələrdə qərarlaşacağıq.
- Bölgə komandası olmağınız nəticələrə təsir edir?
- Həqiqətən azarkeş dəstəyi bizə böyük motivasiya verir. Oyunlarda onların yanımızda olması üstünlükdür.
CAVAD