Ölkə futbolu
“Neftçi” “Qəbələ”yə məğlub oldu
“Neftçi” yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda “Qəbələ” ilə qarşılaşıb.
“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan və “Neftçi TV” vasitəsilə canlı yayımlanan matçda “ağ-qaralar” 1:2 hesabı ilə məğlub olub. “Neftçi”nin heyətində 73-cü dəqiqədə penaltidən Vato Arveladze fərqlənib. “Qəbələ”nin qollarını isə Ramon Maçado (37-ci dəqiqə) və Omar Hani (64-cü dəqiqə) vurublar.
Qeyd edək ki, “Neftçi” Premyer Liqada yaranmış fasilə bitəndən sonra ilk rəsmi oyununa aprelin 1-də çıxacaq. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” ilə görüş saat 19:30-da başlanacaq. “Qəbələ” isə aprelin 2-də “Sabah”ın qonağı olacaq (18:00).