Premyer-liqa
“Neftçi” Qəbələyə sabah yollanacaq
“Neftçi” Premyer Liqanın 26-cı turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığına başlayıb.
Futbolinfo.az xəbər verir ki, “Sumqayıt”la matçın ertəsi bərpa məşqi edən “ağ-qaralar” bir günlük fasilədən sonra bu gün “Neftçi” Futbol Mərkəzi”ndə məşq edib.
Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Sabah Qəbələyə yola düşəcək komandanın üzvləri son məşqini şəhər stadionunda keçəcək.
Qeyd edək ki, mayın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” görüşünə saat 19:45-də start veriləcək.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”