Ölkə futbolu
“Neftçi” – “Rapid” oyunu xorvatiyalı hakimlərə tapşırıldı
“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Avstriyanın “Rapid” (Vyana) komandasına qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, UEFA Bakıda baş tutacaq ilk oyunu Xorvatiyadan olan hakimlərə həvalə edib.
Baş hakim Dario Bel olacaq. Ona yan xətt hakimləri Maryan Tomas və Kristian Novosel yardım edəcək. Dördüncü hakim funksiyasını isə Patrik Kolariç yerinə yetirəcək.
Avqustun 4-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Rapid” matçına saat 21:00-da start veriləcək. Cavab qarşılaşması isə avqustun 11-də Budapeştdə baş tutacaq. Bakı vaxtı ilə saat 22:30-da başlayacaq həmin oyunun hakimləri hələ açıqlanmayıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi